...

Bakı şəhər İcra Hakimiyyəti Müsavatın mitinqinə icazə verməyib

Siyasət Materials 10 Mart 2011 15:55 (UTC +04:00)
Bakı şəhər İcra Hakimiyyəti müxalif Müsavat Partiyasının martın 12-də Təbriz kinoteatrının qarşısındakı meydanda təyin olunan mitinqinə icazə verməyib.
Bakı şəhər İcra Hakimiyyəti Müsavatın mitinqinə icazə verməyib

Azərbaycan, Bakı, 10 mart /Trend, müxbir T.Hacıyev/

Bakı şəhər İcra Hakimiyyəti müxalif Müsavat Partiyasının martın 12-də Təbriz kinoteatrının qarşısındakı meydanda təyin olunan mitinqinə icazə verməyib. Bu barədə cümə axşamı Trend-ə Müsavatın Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı bildirib.

Onun sözlərinə görə, İcra Hakimiyyətindən partiyaya daxil olan məktubda qeyd olunub ki, Təbriz kinoteatrının qarşısında nəqliyyatın hərəkəti sıx olduğuna görə, orada təhlükəsizliklə bağlı təminat mümkün deyil. Bu səbəbdən də İcra Hakimiyyəti Müsavat Partiyasına mitinq keçirmək üçün Bibiheybət stadionunu təklif edib.

Hacılı bildirib ki, Müsavat Partiyası öz aksiyasını Bakının mərkəzi meydanlarından birində keçirəcək.

Xəbər lenti

Xəbər lenti