...

Azərbaycanın Xorvatiyaya yeni təyin edilmiş səfiri etimadnaməsini Prezidentə təqdim edib

Siyasət Materials 18 Mart 2011 10:38 (UTC +04:00)
Azərbaycanın Xorvatiyaya yeni təyin edilmiş səfiri Kamil Xasiyev etimadnaməsini Prezident İvo Yosipoviçə təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan XİN-in mətbuat xidməti bildirib.
Azərbaycanın Xorvatiyaya yeni təyin edilmiş səfiri etimadnaməsini Prezidentə təqdim edib

Azərbaycan, Bakı, 18 mart /Trend, müxbir S.Ağayeva/

Azərbaycanın Xorvatiyaya yeni təyin edilmiş səfiri Kamil Xasiyev etimadnaməsini Prezident İvo Yosipoviçə təqdim edib. Trend-in məlumatına görə, bu barədə cümə günü Azərbaycan XİN-in mətbuat xidməti bildirib.

Təqdimetmə mərasimdən sonra keçirilmiş görüşdə Azərbaycan və Xorvatiya arasında ikitərəfli münasibətlərin mövcud vəziyyəti və əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib, Xorvatiya Prezidentinə ölkəmizdə və regionda baş verən proseslər, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və onun bölgə üçün yaratdığı təhlükə, Azərbaycanın regionda və dünyada artan nüfuzu və beynəlxalq təşkilatlar çərçivəsində fəaliyyəti haqqında məlumat verilib.

Səfir Xasiyev Azərbaycan və Xorvatiya arasında münasibətlərin bundan sonra da inkişaf edəcəyinə əminliyini vurğulayıb. Xorvatiya Prezidenti ölkələrimiz arasında əlaqələrin xalqlarımızın rifahına xidmət etdiyini və bundan sonra da yüksələn xətlə inkişaf edəcəyinə ümidvar olduğunu bildirib.

Xəbər lenti

Xəbər lenti