...

Azərbaycan baş nazirinin müavini İrana səfər edəcək

Siyasət Materials 24 Mart 2011 01:04 (UTC +04:00)
Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev Novruz bayramı münasibətilə keçiriləcək şənliklərdə iştirak emək üçün İrana səfər edəcək. Bu barədə məlumatı Fars agentliyi yayıb.
Azərbaycan baş nazirinin müavini İrana səfər edəcək

Azərbaycan, Bakı, 24 mart /Trend, müxbir T.Cəfərov/

Azərbaycan baş nazirinin müavini Elçin Əfəndiyev Novruz bayramı münasibətilə keçiriləcək şənliklərdə iştirak emək üçün İrana səfər edəcək. Bu barədə məlumatı Fars agentliyi yayıb.

Martın 27-28-də Tehranda İranın qonşusu olan və Novruz bayramını qeyd edən bir neçə ölkənin prezidentinin iştirakı ilə təntənəli bayram şənliyi keçiriləcək.

Azərbaycanın təşəbbüsü ilə 23 fevral 2010-cu il tarixində BMT Baş Assambleyası 21 martı Beynəlxalq Novruz Günü kimi qeyd edilməsi barədə qərar qəbul edib.

Bazar ertəsi Birləşmiş Millətlər Təşkilatının mənzil-qərargahında Beynəlxalq Novruz Günü münasibətilə təntənəli tədbir keçirilib.

Xəbər lenti

Xəbər lenti