...

Suriyadakı son hadisələr xalq birliyinin sarsılmazlığının sınağıdır - Prezident

Siyasət Materials 30 Mart 2011 17:33 (UTC +04:00)
Suriyadakı son hadisələr xalq birliyinin sarsılmazlığının sınağıdır. Suriya Prezidenti Bəşşar əl-Əsəd çərşənbə günü xalqa müraciətində belə deyib. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.
Suriyadakı son hadisələr xalq birliyinin sarsılmazlığının sınağıdır - Prezident

Suriyadakı son hadisələr xalq birliyinin sarsılmazlığının sınağıdır. Suriya Prezidenti Bəşşar əl-Əsəd çərşənbə günü xalqa müraciətində belə deyib. Bu barədə Trend "əl-Cəzirə" telekanalına istinadən məlumat verir.

"Nümayişçilərin məqsədi Suriyanı parçalamaq və sındırmaqdır", - əl-Əsəd deyib.

Bu, dövlət başçısının ölkədə nümayişlərin başladığı martın 15-dən bəri ictimaiyyətə ilk müraciətidir.

Çərşənbə axşamı Bəşşar əl-Əsəd hökumətin istefasını qəbul edib. Suriya rəhbərliyindəki mənbənin məlumatına görə, yeni Nazirlər Kabinetinin bir sutka ərzində formalaşacağı gözlənilir.

Suriyanın vitse-prezidenti Faruk Şara bəyan edib ki, ölkə Prezidenti yaxın iki gündə kütləvi etirazların təzyiqi ilə ölkə hökumətinin qəbul etdiyi "mühüm qərarları" elan edəcək.

Suriya rəhbərliyi təcili siyasi islahatlar planının qəbul edildiyi barədə ötən cümə axşamı - İordaniya ilə sərhəddə yerləşən Dəra şəhərində iğtişaşların başlanmasından iki həftə sonra - elan edib. Plan həmçinin çoxpartiyalı sistemə keçilməsi, KİV haqqında yeni qanunun qəbulu, məhkəmə islahatlarının keçirilməsi, eləcə də əhalidə xüsusi narazılıq doğuran korrupsiya ilə mübarizənin sərtləşdirlməsini nəzərdə tutur.

Xalq etirazlarının başladığı və sonralar ölkənin digər rayonlarına da yayılan Dərada hadisələrin başlamasına divar və hasarlarda hökumət əleyhinə şüarlar yazan bir qrup məktəblinin həbs edilməsi təkan verib. Adamlar onların azad edilməsi tələbi ilə küçələrə çıxıblar. Bir həftə ərzində polislə toqquşmalarda onlarla adam həlak olub.

Xəbər lenti

Xəbər lenti