...

Bolqarıstan Azərbaycan investorlarını cəlb etmək üçün potensiala malikdir - səfir

Siyasət Materials 31 Mart 2011 03:36 (UTC +04:00)
Bolqarıstanla əməkdaşlığı nəinki energetika sahəsində, həmçinin Bolqarıstanın böyük təcrübəsi olan kənd təssərüfatı, təhsil və səhiyyə sahələrində inkişaf etdirmək Azərbaycanın maraqlarındadır.
Bolqarıstan Azərbaycan investorlarını cəlb etmək üçün potensiala malikdir - səfir

Azərbaycan, Bakı, 31 marta /Trend/

Bolqarıstanla əməkdaşlığı nəinki energetika sahəsində, həmçinin Bolqarıstanın böyük təcrübəsi olan kənd təssərüfatı, təhsil və səhiyyə sahələrində inkişaf etdirmək Azərbaycanın maraqlarındadır. Bunu Azərbaycanın Sofiyadakı səfiri Emil Kərimov jurnalistlərə bildirib, məlumatı Standart qəzeti yayıb.

Onun sözlərinə görə, Bolqarıstan gələcəkdə çoxlu Azərbaycan investorlarını cəlb etmək üçün potensiala malikdir.

"Bu il Bakıda baş tutacaq Azərbaycan-Bolqarıstan iqtisadi əməkdaşlıq üzrə hökümətlərarası komissiyasının dördüncü iclası iki ölkə arasında ikitərəfli münasibətlərin inkişafına töhfə verəcək" deyə Kərimov bilidirib.

Səfir qeyd edib ki, mədəni əməkdaşlıq da bizim iki ölkəmiz arasında münasibətlər üçün çox əhəmiyyətlidir.

Kərimov xatırladıb ki, aprelin 7-9-da Bakıda Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında Ümumdünya "Mədəniyyətlərarası dialoq" forumu keçiriləcək.

Dünya liderləri, ziyalılar və ictimai xadimlərin iştirak edəcəyi forumda Bolqarıstanı mədəniyyət naziri Vejdi Rəşidovun başçılıq etdiyi nümayəndə heyəti təmsil edəcək.

Xəbər lenti

Xəbər lenti