...

Türkiyə dünyada 31 mart soyqırımının tanınması məsələsində Azərbaycanı dəstəkləyəcək - deputatlar

Siyasət Materials 31 Mart 2011 17:34 (UTC +04:00)
Türkiyə Azərbaycanı dünyada 1918-ci il 31 mart hadisələrinin azərbaycanıların ermənilər tərəfindən soyqırımı kimi tanınması məsələsində dəstəkləyəcək.
Türkiyə dünyada 31 mart soyqırımının tanınması məsələsində Azərbaycanı dəstəkləyəcək - deputatlar

Azərbaycan, Bakı, 31 mart /Trend, müxbir A.Tağıyeva/

Türkiyə Azərbaycanı dünyada 1918-ci il 31 mart hadisələrinin azərbaycanıların ermənilər tərəfindən soyqırımı kimi tanınması məsələsində dəstəkləyəcək. Bu barədə Trend-ə Türkiyə Böyük Millət Məclisinin müxalif Milliyyətçi Hərəkat Partiyasından olan deputatı Şenol Bal deyib.

"Türkiyə həmişə Azərbaycanı bu məsələdə dəstəkləyib və dəstəkləyəcək", - telefonla Ankaradan Bal bildirib.

Bundan əvvəl Azərbaycan baş prokurorunnu birinci müavini Rüstəm Usubovun dediyi kimi, erməni vəhşiliyini dünyaya çatdırmaq üçün 1918-1920-ci illərdə soyqırımla əlaqədar yaradılmış istintaq tədqiqat komissiyasının sənədləri arxivlərdən əldə edilib. Həmin materiallar ingilis, fransız və rus dillərinə tərcümə edilib və bütün beynəlxalq qurumlara göndərilib.

1918-ci ilin mart ayında hakimiyyəti ələ keçirmiş daşnaklar Stepan Şaumyanın rəhbərliyi ilə Azərbaycan xalqına qarşı amansız soyqırım törədiblər. Ümummilli lider Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmana əsasən, 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd edilir. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun məlumatına görə, martın 24-dən başlayaraq bir neçə gün ərzində Azərbaycan ərazisində 700 min nəfər soyqırıma məruz qalıb, Şamaxının 75, Qubanın 122, Zəngəzurun 115 kəndi ermənilər tərəfindən tamamilə məhv edilib.

Hakim Ədalət və İnkişaf Partiyasınadan olan deputatın sözlərinə görə, xüsusi vəhşiliklə törədilən bu soyqırım təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün türk dünyasına qarşı nifrətin təcəssümüdür.

"Bu, bütün türk dünyasının problemidir və buna görə də Türkiyə azərbaycanlıların ermənilər tərəfindən soyqırıma məruz qalması məsələsində həmişə Azərbaycanla eyni mövqeyi tutur", - Trend-ə Ankaradan telefonla Mustafa Kabakçı bildirib.

Xəbər lenti

Xəbər lenti