...

Azərbaycanın müxalif partiya rəhbərlərinə icazə verilən ərazidə mitinq keçirmək tövsiyə olunub - DİN (ƏLAVƏ OLUNUB)

Siyasət Materials 1 Aprel 2011 20:25 (UTC +04:00)
Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının (MP) başqanı İsa Qəmbər cümə günü Bakı şəhər Baş Polis İdarəsinə (BBPİ) dəvət ediliblər.
Azərbaycanın müxalif partiya rəhbərlərinə icazə verilən ərazidə mitinq keçirmək tövsiyə olunub - DİN (ƏLAVƏ OLUNUB)

Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini Yaşar Əliyevin fikirləri əlavə olunub (ilk xəbər saat 18:18-də dərc olunub)

Azərbaycan, Bakı, 1 aprel /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Müsavat Partiyasının (MP) başqanı İsa Qəmbər cümə günü Bakı şəhər Baş Polis İdarəsinə (BBPİ) dəvət ediliblər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov Trend-ə bildirib ki, Bakı şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Rafiq Abbasov və Bakı şəhər prokuroru Əziz Seyidov onlara Bakı şəhər İcra Hakimiyyətinin icazə verdiyi ərazidə mitinq keçirməyi tövsiyə ediblər.

Onlara izah olunub ki, "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna müvafiq olaraq Bakı şəhər İcra Hakimiyyətinin ayırdığı ərazidən başqa yerlərdə mitinq keçirilməsinə cəhd edilərsə, bunun qarşısı polis tərəfindən qətiyyətlə alınacaq.

Bu görüşdən sora BBPİ-nin rəis müavini, polis general-mayoru Yaşar Əliyev və Bakı şəhər prokurorun müavini Qənimət Səfərov şənbə gününə planlaşdırılan mitinqin Təşkilat Komitəsinin üzvlərini qəbul ediblər.

Görüşdə onlara mitinqin Bakı şəhər İcra Hakimiyyətinin icazə verdiyi ərazidə keçirilməsi tövsiyə olunub.

Bakı şəhər İcra Hakimiyyəti İctimai Palataya mitinq keçirmək üçün Səbail rayonunda Bibiheybət məscidinin yaxınlığında yerləşən meydanı tövsiyə edib.

İctimai Palata aprelin 2-də "Fəvvarələr" meydanında icazəsiz kütləvi aksiya keçirməyi planlaşdırır.

BBPİ-nin rəis müavini Yaşar Əliyev bildirib ki, Bakı şəhər İcra hakimiyyətinin tövsiyə etdiyi ərazidən başqa digər yerlərdə icazəsiz mitinq keçirilməsi cəhdinin qarşısı qətiyyətlə alınacaq.

Onun sozlərinə görə, belə olan halda baş vermiş insidentə görə qarşı tərəf məsuliyyət daşıyacaq.

Xəbər lenti

Xəbər lenti