...

Yunanıstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Siyasət Materials 5 Aprel 2011 11:08 (UTC +04:00)
Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulias aprelin 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.
Yunanıstan Prezidenti Fəxri və Şəhidlər xiyabanlarını ziyarət edib

Azərbaycan, Bakı, 5 aprel /Trend/

Azərbaycan Respublikasında rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulias aprelin 5-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil qoyub.

Trend-in məlumatına görə, Karolos Papulias görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsini yad edib, məzarı üzərinə gül dəstəsi qoyub.

Prezident çərşənbə axşamı Şəhidlər xiyabanını da ziyarət edib.

Burada ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Yunanıstan Prezidenti Karolos Papulias "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.

Müdafiə Nazirliyinin əlahiddə nümunəvi orkestrinin ifasında Yunanıstanın və Azərbaycanın dövlət himnləri səslənib.

Xəbər lenti

Xəbər lenti