...

Ilham Əliyevin adından Yunanıstan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Siyasət Materials 5 Aprel 2011 21:35
Aprelin 5-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın şərəfinə rəsmi ziyafət təşkil edilmişdir
Ilham Əliyevin adından Yunanıstan Prezidentinin şərəfinə rəsmi ziyafət verilib

Trend-i buradan izləyin

Aprelin 5-də Azərbaycanın Prezidenti İlham Əliyevin adından ölkəmizdə rəsmi səfərdə olan Yunanıstan Respublikasının Prezidenti Karolos Papulyasın şərəfinə rəsmi ziyafət verilib, məlumatı Prezidentin rısmi saytı yayıb.

Azərbaycan Prezidenti İlham Əliyev ziyafətdə çıxış edərək dedi:

"Hörmətli cənab Prezident! Hörmətli qonaqlar! Xanımlar və cənablar! İlk növbədə, Sizi və rəhbərlik etdiyiniz nümayəndə heyətini Azərbaycanda bir daha səmimiyyətlə salamlayır və "Xoş gəlmisiniz!" deyirəm.
Sizin Azərbaycana bu ilk səfərinizi ikitərəfli münasibətlərimizin inkişafı baxımından yüksək qiymətləndirirəm. Əminəm ki, keçirdiyimiz görüşlər, imzaladığımız sənədlər, apardığımız fikir mübadiləsi və müzakirələr, eləcə də sabah keçiriləcək biznes forumu ölkələrimiz arasında münasibətlərin daha da genişlənməsinə təkan verəcək.
Mən 2009-cu ildə Yunanıstana səfərimi məmnuniyyətlə xatırlayıram. Biz qədim tarixə və mədəniyyətə malik olan Yunanıstan ilə əlaqələrimizin inkişafına xüsusi əhəmiyyət veririk. Azərbaycan və Yunanıstan arasında turizm, bərpa olunan enerji, kənd təsərrüfatı və digər sahələrdə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər mövcuddur" dövlət başçısi bildirib.

Prezident qeyd edib ki, ölkələrimiz arasında, həmçinin fövqəladə hallar, ətraf mühitin mühafizəsi, dəniz nəqliyyatı kimi sahələrdə də əməkdaşlıq imkanları var.

"İnanıram ki, bu səfəriniz müxtəlif sahələrdə əməkdaşlığımızın daha da inkişaf etdirilməsinə öz töhfəsini verəcək.
Növbəti il biz diplomatik münasibətlərimizin qurulmasının iyirmi illiyini qeyd edəcəyik. Ümidvaram ki, biz bu əlamətdar tarixə Yunanıstan və Azərbaycan arasında əməkdaşlığın müxtəlif sahələrində yeni nailiyyətlərlə daxil olacağıq.
Bizim xarici siyasətimizdə Avropa İttifaqı və Avratlantik strukturlarla münasibətlər mühüm yer tutur. Elə bu ilin yanvar ayında Azərbaycan ilə Avropa İttifaqı arasında imzalanmış Cənub qaz dəhlizi haqqında birgə bəyannamə bunun bariz nümunəsidir.
Azərbaycan və Yunanıstan beynəlxalq təşkilatlar çərçivəsində də sıx əməkdaşlıq edir. BMT, ATƏT, Avropa Şurası, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı çərçivəsində əməkdaşlığımız məmnunluq doğurur.
Zəngin təbii resurslara malik olan Azərbaycan iqtisadi baxımdan bu gün regionun aparıcı ölkəsidir. Neft ehtiyatları ilə yanaşı, Azərbaycanın təsdiq olunmuş qaz ehtiyatları 2,2 trilyon kubmetrdən artıq. Enerji sahəsində əməkdaşlıq Avropa İttifaqı ilə münasibətlərimizin prioritet istiqamətlərindən biridir.
Hazırda Azərbaycanın enerji ehtiyatlarını müxtəlif istiqamətlərə nəql edən 7 neft və qaz boru kəməri çəkilmişdir. Ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsinə mühüm əhəmiyyət verir və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini artırmağa hazırdır.
Həyata keçirdiyimiz irimiqyaslı neft-qaz layihələri bizim etibarlı tərəfdaş olduğumuzu sübut edir. Təbii qazımız artıq Yunanıstana nəql olunur. Ümid edirik ki, Azərbaycan qazının Avropa bazarlarına nəql olunmasında Yunanıstan tranzit ölkə kimi də öz rolunu oynayacaq.
Ötən illər ərzində Azərbaycanda çox uğurlu siyasi və iqtisadi islahatlar həyata keçirilmişdir. Bunun nəticəsində son yeddi ildə ölkədə ümumi daxili məhsul təxminən 3 dəfə, maaşlar və pensiyalar orta hesabla 5-6 dəfə artmış, yoxsulluğun səviyyəsi 4,5 dəfə azalmış, ölkəmizə 82 milyard dollar həcmində sərmayə qoyulmuş, 900 mindən çox yeni iş yeri açılmışdır.
Azərbaycan, həmçinin enerji daşıyıcılarını dünya bazarlarına çıxarmaq məqsədi ilə müasir standartlara uyğun infrastruktur yaratmışdır. Hazırda ölkəmiz enerji resurslarının ixracının şaxələndirilməsində mühüm rol oynayır və Avropanın enerji təhlükəsizliyinin təmin olunmasına öz töhfəsini verir.
Bütün bunlar, yəni həyata keçirdiyimiz konkret layihələr bir tərəfdən, Azərbaycanın dinamik inkişafını təmin edir, digər tərəfdən isə bölgəyə sülh və təhlükəsizlik gətirir, burada gedən bütün proseslərə müsbət təsir göstərir.
Cənab Prezident! Sizi Azərbaycanda qəbul etməyimdən məmnun olduğumu bir daha ifadə edir, Sizə cansağlığı, ölkənizə və xalqınıza daim inkişaf və uğurlar arzulayıram.
Bu badəni Sizin şərəfinizə, Yunanıstanla Azərbaycan arasında səmimi dostluq və faydalı əməkdaşlıq əlaqələrinin inkişafı şərəfinə qaldırıram" İlham Əliyev nitqində söyləyib.

Sonra Yunanıstan Prezidenti Karolos Papulyas çıxış edərək dedi:

"Cənab Prezident! Hörmətli xanım Əliyeva. Ölkənizə rəsmi səfərə gəlməyimdən olduqca məmnunam. Mənə və nümayəndə heyətinin üzvlərinə göstərdiyiniz səmimi qonaqpərvərliyə görə Sizə dərin təşəkkürümü bildirmək istəyirəm. Yunan xalqının ünvanına söylədiyiniz xoş sözlər və dostluq mesajı ölkələrimiz və xalqlarımız arasında münasibətlərin əla səviyyədə olmasını əks etdirir.
Hələ qədim zamanlardan xalqlarımız arasında təmaslar və mədəni təsir olmuşdur. Herodot tarixi Midiya haqqında yazaraq bildirmişdir ki, ənənəyə uyğun olaraq, Böyük İsgəndər Midiyanın şahzadəsi Atropata səmimi dostluq məktubu göndərmişdir və sonuncu ona eyni səmimiliklə məktubla cavab vermişdir.
Bir neçə əsr sonra böyük Azərbaycan şairi Nizami Gəncəvi özünün dördüncü epik əsəri - "İsgəndərnamə"ni Böyük İsgəndərə ithaf edərək, onu dərin strateji biliklərə malik lider kimi təsvir etmişdir.
Xalqlarımız arasında təmaslar Bizans dövründə də davam etmişdir və ötən əsrlər boyu yunan icması Qara dəniz bölgəsində fəal olmuşdur. Bu gün onlar ölkələrimiz arasında tarixi tellər qismində çıxış edir.
Yunanıstan Prezidenti ikitərəfli münasibətlərimizin dinamik xarakterindən, o cümlədən hər iki tərəf arasında artan təmaslardan məmnun olduğunu bildirdi. Hökumətlərarası birgə komissiyanın bu yaxınlarda Bakıda keçirilmiş üçüncü toplantısını bunun bariz nümunəsi adlandırdı.
Çoxsaylı təmaslar münasibətlərimizin inkişafını nümayiş etdirir, - deyən Yunanıstan Prezidenti bildirdi ki, Bakıda keçiriləcək dördüncü Yunanıstan-Azərbaycan biznes forumu ikitərəfli iqtisadi və ticari münasibətləri təşviq edəcək" Yunanıstan Prezidenti bildirib.

Prezident Karolos Papulyas bildirib ki, enerji sahəsinə gəldikdə, burada əməkdaşlığın bütün məsələlərini, xüsusən də Azərbaycandan Türkiyə və Yunanıstan vasitəsilə İtaliyaya qaz boru kəmərinin çəkilməsini əhatə edən müzakirələrdə aydın görünən irəliləyişi qeyd etmək istəyirəm.

"Yunanıstanın Dövlət Qaz Şirkəti (DEPA) və Azərbaycan Dövlət Neft Şirkəti (ARDNŞ) arasında bu gün imzalanmış Anlaşma Memorandumu bu istiqamətdə atılan addımdır. Biz ümid edirik ki, Memorandum enerji əməkdaşlığımıza yeni təkan verəcəkdir.
Dəniz nəqliyyatı sazişi ölkələrimiz arasında malların dəniz yolu ilə daşınmasını artıracaqdır. Daşımalar üzrə dünya nəhəngi olan Yunanıstan Azərbaycanın dəniz nəqliyyatının daha da inkişafına yardım edə bilər.
Humanitar sahədə əlaqələrə toxunan Yunanıstan Prezidenti Bakı Slavyan Universitetində Müasir Yunan Dili və Mədəniyyəti Mərkəzinin, eləcə də Afinada teatr təhsili seminarının gələcəkdə mədəni əlaqələrimizi daha da inkişaf etdirəcəyinə ümidvar olduğunu bildirdi" o nit qində bildirib.

Karolos Papulyas Avropa İttifaqı ilə Azərbaycan arasında qurulan əməkdaşlığa toxunaraq deyib.

"Avropa İttifaqının üzvü olan Yunanıstan hesab edir ki, Avropa İttifaqının Qafqaz üzrə Şərq tərəfdaşlığı və Qara dəniz əməkdaşlığı kimi təşəbbüsləri və xüsusi elçinin oynadığı rol olduqca vacibdir. Biz Assosiasiya sazişi məqsədi ilə ölkəniz və Avropa İttifaqı arasında bu yaxınlarda danışıqların başlanmasını alqışlayırıq. Sizin Avropa İttifaqı ilə münasibətlərinizin inkişafına gəldikdə, ölkəmizin qəti dəstəyinə əmin ola bilərsiniz.
Azərbaycan Prezidenti ilə aparılan danışıqlar zamanı regional və beynəlxalq məsələlərin də müzakirə olunduğunu deyən Yunanıstanın dövlət başçısı, sonda bir daha göstərilən qonaqpərvərliyə görə təşəkkürünü bildirdi, Azərbaycan xalqına tərəqqi və firavanlıq arzuladı".

Xəbər lenti

Xəbər lenti