...

Azərbaycanın Kanadadakı səfirliyi Yaponiyada zəlzələdən zərərçəkənlərə yardım məqsədilə konsert təşkil edib

Siyasət Materials 11 Aprel 2011 23:14 (UTC +04:00)
Kanadanın Ottava şəhərində Yaponiyada baş vermiş zəlzələ və sunamidən zərər çəkmiş insanlara yardım məqsədilə xeyriyyə konserti təşkil edilib. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin məlumatında bildirilir.
Azərbaycanın Kanadadakı səfirliyi Yaponiyada zəlzələdən zərərçəkənlərə yardım məqsədilə konsert təşkil edib

Azərbaycan, Bakı, 11 aprel /Trend/

Kanadanın Ottava şəhərində Yaponiyada baş vermiş zəlzələ və sunamidən zərər çəkmiş insanlara yardım məqsədilə xeyriyyə konserti təşkil edilib. Bu barədə Azərbaycanın Kanadadakı səfirliyinin məlumatında bildirilir.

Konsert Azərbaycan Respublikasının Kanadadakı səfirliyinin və Ottava Xalq Musiqi Festivalının birgə sponsorluğu ilə keçirilmişdir. Konsertdə Kanada və Yaponiya musiqiçiləri çıxış etmişlər. Həmçinin, Ottava və Qatino (Gatineau) şəhərlərinin merləri də konsertdə iştirak etmişlər.

Konsertdə iştirak edən Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev yerli "Rogers" telekanalına müsahibə vermişdir. Telekanalın qeyd olunan konsertdə səfirliyin iştirakı ilə bağlı sualını cavablandıran səfir bu kimi faciələrdə ölkələrin tək yox, bütün beynəlxalq ictimaiyyətin bir-birinə köməklik göstərməsinin vacibliyini qeyd etmiş və ölkəmizin Yaponiyaya 1 milyon ABŞ dolları həcmində yardım etdiyini diqqətə çatdırmışdır.

Eyni zamanda, müsahibə çərçivəsində səfir 1990-cı illərdə Ermənistan-Azərbaycan münaqişəsi nəticəsində ölkəmizdə 1 milyon qaçqının yardıma ehtiyac duyduğu və ümumən humanitar böhran zamanı bir sıra dövlətlərin, o cümlədən Yaponiyanın Azərbaycana yardım etdiyini vurğulamışdır. Münaqişənin hələ də öz həllini tapmadığını söyləyən səfir Azərbaycanın Yaponiyaya bu formada öz təşəkkürünü bildirdiyini qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti