...

ATƏT-in Bakı ofisinin rəhbəri müxalifətin keçirdiyi aksiyalara münasibətini açıqlayıb

Siyasət Materials 15 Aprel 2011 12:52 (UTC +04:00)

Azərbaycan, Bakı, 15 aprel /Trend, müxbir T.Hacıyev/

ATƏT-in Bakı ofisinin rəhbəri müxalifətin keçirdiyi qanunsuz aksiyalara münasibətini açıqlayıb.

"İndiyə qədər keçirilən aksiyalarda zor tətbiq edilməsi, şiddət hallarını müşahidə etməmişik. Nə aksiyaçılar, nə də polis tərəfindən şiddət müşahidə olunub. Ancaq biz istərdik ki, aksiyalar zamanı həbslər olmasın", - Trend-in məlumatına görə, cümə günü jurnalistlərə ATƏT-in Bakı ofisinin rəhbəri Əli Bilgə Cankorel deyib.

Cankorel Azərbaycanda iqtidarla müxalifət arasında dialoqun olmasını labüd sayır.

"Dialoqun aparılması və hər kəsi qane edə biləcək yolun tapılması vacibdir", - ATƏT rəsmisi bildirib.

Onun sözlərinə görə, aksiyalar zamanı zor tətbiq etməkdən qaçılmalıdır.

"İfadə azadlığının təmin olunması üçün bütün imkanlardan istifadə edilməlidir. Tərəflər dialoq vasitəsilə, ifadə azadlığının necə təmin olunması barədə ortaq qərara gəlməlidirlər. Bu cür məsələlər qarşıdurma yox, dialoq mövzusu olmalıdır. Yalnız bir tərəfin dediyinə xüsusi önəm verilməməlidir. Hər iki tərəfin fikirləri nəzərə alınaraq, ortaq mövqe seçilməlidir", - Cankorel deyib.

Xəbər lenti

Xəbər lenti