...

Rumıniya Prezidenti Azərbaycana səfərə gəlir

Siyasət Materials 18 Aprel 2011 11:54 (UTC +04:00)

Rumıniya Prezidenti Trayan Besesku Azərbaycana rəsmi səfərə gəlir. Trend-in məlumatına görə, bu barədə Ruminiya dövlət rəhbərinin saytı xəbər yayıb.

Aprelin 19-dək davam edəcək səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Səfər zamanı Trayan Beseskunun Prezident İlham Əliyev, Baş nazir Artur Rasizadə və Milli Məclisin spikeri Oqtay Əsədovla görüşləri planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti