...

Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələr müzakirə edilib

Siyasət Materials 20 Aprel 2011 19:36 (UTC +04:00)
Xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dusərini qəbul edib
Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında iqtisadi əlaqələr müzakirə edilib

Azərbaycan, Bakı, 20 aprel /Trend/

Xarici işlər nazirinin müavini Xələf Xələfov çərşənbə günü Səudiyyə Ərəbistanının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fəhd bin Əli əd-Dusərini qəbul edib.

Trend-in XİN-in mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı ölkələr arasındakı ikitərəfli münasibətlər, xüsusilə də iki ölkə arasında mövcud olan iqtisadi əlaqələr müzakirə edilib.

Görüş zamanı "Azərbaycan Respublikası Hökuməti və Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması haqqında Saziş"in Ratifikasiya sənədlərinin mübadiləsi haqqında Protokol imzalanıb.
Bu saziş cari ilin 20 may tarixindən qüvvəyə minəcək.

Tərəflər sözügedən sazişin investisiya layihələrinin inkişafına xidmət edəcəyini qeyd ediblər.

Xəbər lenti

Xəbər lenti