...

Azərbaycanın Gürcüstan, Belarus və Moldovada yeni səfirləri təyin edilib

Siyasət Materials 20 Aprel 2011 20:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Namiq Həsən oğlu Əliyevin Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycanın Gürcüstan, Belarus və Moldovada yeni səfirləri təyin edilib

Trend-i buradan izləyin

Azərbaycan Prezidenti İlham Əliyev Namiq Həsən oğlu Əliyevin Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Prezidentin digər sərəncamı ilə Namiq Əliyev Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

İlham Əliyev həmçinin Azər Tofiq oğlu Hüseyni Azərbaycanın Gürcüstanda fövqəladə və səlahiyyətli səfiri təyin edib.

Azər Hüseyn Prezidentin sərəncamı ilə Azərbaycanın Yaponiyada fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

Prezident İlham Əliyev İsfəndiyar Bəxtiyar oğlu Vahabzadənin Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilməsi haqqında sərəncam imzalayıb.

Prezidentin digər sərəncamı ilə İsfəndiyar Vahabzadə Azərbaycanın Moldova Respublikasında fövqəladə və səlahiyyətli səfiri vəzifəsindən geri çağırılıb.

İlham Əliyev həmçinin Əli Teymur oğlu Nağıyevin Azərbaycanın Belarus Respublikasında fövqəladə və səlahiyyətli səfiri və Azərbaycan Respublikasının Müstəqil Dövlətlər Birliyinin nizamnamə və digər orqanları yanında daimi səlahiyyətli nümayəndəsi vəzifələrindən geri çağırılması haqqında sərəncam imzalayıb.

Xəbər lenti

Xəbər lenti