...

Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan qurumlar üçün yeni inzibati binanın açılışı olub (FOTO)

Siyasət Materials 10 May 2011 14:58 (UTC +04:00)

Fotoşəkillər əlavə olunub (birinci xəbər 10:51-də yayılıb)

Azərbaycan, Bakı, 10 may /Trend, müxbir T.Hacıyev/

Çərşənbə axşamı Fövqəladə Hallar Nazirliyinin tabeçiliyində olan qurumlar üçün yeni inzibati binanın açılışı keçirilib.

Trend-in məlumatına görə, açılış mərasimində fövqəladə hallar naziri Kəmaləddin Heydərov iştirak edib.

Açılış mərasimində məlumat verilib ki, 13 mərtəbəli yeni binada FHN tabeçiliyində olan yeddi qurum - Dövlət Yanğından Mühafizə Xidməti, Dövlət Yanğın Nəzarəti Xidməti, Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-Mədən Nəzarəti Dövlət Agentliyi, Tibb Xidməti, Kiçik Həcmli Gəmilər üzrə Dövlət Müfəttişliyi, Dövlət Material Ehtiyatları Agentliyi və Nüvə və Radioloji Fəaliyyətin Tənzimlənməsi üzrə Dövlət Agentliyi idarələri yerləşəcək.

Həmçinin FHN-in Hövsanda yerləşən Akademiyasının yeməkxanasının da açılışı olub.

Xəbər lenti

Xəbər lenti