Azərbaycan, Bakı, 10 may /Trend/
Gürcüstanda ümumilli lider Heydər Əliyevin anadan olmasının 88-ci ildönümü ilə bağlı tədbir keçirilib. Bu barədə çərşənbə axşamı Trend-ə Gürcüstan Azərbaycanlıları Konqresindən (GAK) məlumat verilib.
Tədbir ulu öndər Heydər Əliyevin Tbilisi şəhərində ucaldılmış abidəsi önünə əklil qoyma mərasimi ilə başlayıb.
Tədbirdə Heydər Əliyevin həyat və yaradıcılığı, Gürcüstanla münasibətləri ilə bağlı çıxışlar olub. Eyni zamanda, ümummilli liderlə bağlı gürcü və Azərbaycan dilində nəşr olunmuş kitab tədbir iştirakçılarına təqdim olunub.
Tədbirdə Azərbaycan-Gürcüstan parlamentlərarası dostluq qrupunun rəhbəri Qənirə Paşayeva, Gücüstan diaspor nazirinin I müavini İrakli Nadiradze, Gürcüstan Prezidentinin müşaviri Mübariz Qarayev, Gürcüstan Parlamentinin deputatı Azər Süleymanov, Azərbaycanın Gürcüstandakı səfirliyinin nümayəndəsi Şövqü Mehdizadə, tarix elmləri doktoru Quram Marxulia, Gürcüstan Azərbaycanlıları Mədəniyyət Mərkəzinin rəhbəri Fazil Həsənov və başqaları cıxış ediblər.
Gurcüstan Azərbaycanlıları Konqresinin mətbuat orqanı olan "Konqres" qəzetinin ilk nömrəsinin işiq üzü görməsi bu xoş günə təsadüf etdiyi üçün tədbirdə qəzetin də təqdimatı olub. Tədbirdə GAK-ın idarə heyətinin üzvləri, "Konqres" qəzetinin redaksiya heyəti, Tbilisidə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.