...

Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Siyasət Materials 16 May 2011 19:34 (UTC +04:00)
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Gürcüstanın müdafiə naziri Baçana Axalayanı qəbul edib, Prezidentin rəsmi saytı xəbər verir.
Prezident İlham Əliyev Gürcüstanın müdafiə nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 16-da Gürcüstanın müdafiə naziri Baçana Axalayanı qəbul edib, Prezidentin rəsmi saytı xəbər verir.

Nazir Baçana Axalaya Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlarını dövlət başçısına çatdırıb.

Görüşdə Azərbaycan ilə Gürcüstan arasında ikitərəfli münasibətlərin müxtəlif sahələrdə uğurla inkişaf etdiyi vurğulanıb, müdafiə sahəsində əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Dövlət başçısı İlham Əliyev Gürcüstan Prezidenti Mixail Saakaşvilinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarını Gürcüstan dövlətinin başçısına çatdırmağı xahiş edib.

Foto - Azərbaycan Prezidentinin rəsmi saytı

Xəbər lenti

Xəbər lenti