...

Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderlandda rəsmi səfərdə olub

Siyasət Materials 21 May 2011 15:13 (UTC +04:00)
17-19 may 2011-ci il tarixlərində həyata keçirilənsəfər zamanı Niderland Krallığının İnfrastruktur və ətraf mühit naziri Şultz van Haegenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında geniş tərkibli görüş olub
Fövqəladə hallar naziri Kəmaləddin Heydərovun rəhbərlik etdiyi nümayəndə heyəti Niderlandda rəsmi səfərdə olub

Azərbaycan, Bakı, 21 may/Trend/

17-19 may 2011-ci il tarixlərində həyata keçirilənsəfər zamanı Niderland Krallığının İnfrastruktur və ətraf mühit naziri Şultz van Haegenin rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin nümayəndə heyəti arasında geniş tərkibli görüş olub .

Görüşdə hər iki ölkənin müvafiq qurumları arasındakı mövcud ikitərəfli əlaqələrin inkişaf etdirilməsi, xüsusilə su resurslarının idarə olunması məsələləri müzakirə edil ib . Trend-in məlumatına görə, bu barədə nazirliyin şənbə günü yaydığı məlumatda deyilir.

Səfər çərçivəsində nazir Kəmaləddin Heydərovla Niderland Krallığının dövlət katibi Joop Atsma arasında ikitərəfli görüş olub. Görüşdə ölkələrimiz arasındakı münasibətlərin yüksələn xətlə inkişaf etdiyi qeyd olunub və Azərbaycan və Niderlandın müvafiq qurumları arasındakı hazırkı əlaqələrin inkişafı üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyi vurğulanıb, həmçinin, qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Səfər proqramına uyğun olaraq, nazirliyin nümayəndə heyəti Niderland Krallığının Damen tərsanəsinin direktoru Rene Berkvens ilə görüşüb. Görüşdə tərsanə haqqında nümayəndə heyətinə ətraflı məlumat verilib, Kür və Araz çaylarının məcrasının dərinləşdirilməsi üçün fikir mübadiləsi aparılıb.

Bununla yanaşı, Krallığın "Van Oord" və "Royal Haskoning" şirkətlərinin rəhbərləri və mütəxəssislərin iştirakı ilə görüş keçirilib. Görüşdə şirkətlərin fəaliyyəti haqqında geniş məlumat verilib. Həmçinin, Bakı buxtasının müayinəsi və təmizlənməsi istiqamətində geniş fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran məsələlər müzakirə edilib.

Eyni zamanda, Niderland Krallığının "Deltares" şirkətinin prezidenti Harry Baayen ilə görüş keçirilib. Görüşdə Niderlandda su idarəetməsi üzrə geniş təqdimat dinləniib. Həmçinin, respublikamızın çaylarında baş verən sel-daşqın sularının idarə olunması, çaylarda müasir mühafizə tədbirlərinin həyata keçirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Həmçinin, Fövqəladə Hallar Nazirliyində Niderland Krallığının "Deltares" və "Royal Haskoning" şirkətlərinin ekspertlərindən və respublikanın aidiyyəti dövlət orqanlarının mütəxəssislərindən ibarət yaradılmış işçi qrupu tərəfindən ölkə ərazisində suların kompleks idarəedilməsi və tənzimlənməsi üzrə görülən işlər müzakirə olunub və gələcəkdə həyata keçiriləcək tədbirlər ətrafında müzakirələr aparılıb.

Xəbər lenti

Xəbər lenti