...

Türkiyə universiteti məzunları Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının ildönümünü qeyd ediblər

Siyasət Materials 25 May 2011 22:40 (UTC +04:00)

Azərbaycan, Bakı, 25 may /Trend, müxbir T.Hacıyev/

Türkiyə Universitetləri Məzunları İctimai Birliyi (TUMİB) Azərbaycan Demokratik Respublikasının yaranmasının 93-cü ildönümünü qeyd ediblər. Trend-in məlumatına görə, çərşənbə günü keçirilən tədbiri giriş sözü ilə TUMİB-in sədri Çingiz Bayramov açıb. O, müsəlman şərqində ilk Demokratik dövlətin məhz Azərbaycanda yaranmasını Azərbaycan xalqının dərin dövlətçilik ənənələrinin nəticəsi olduğunu qeyd edib.

Bayramov qeyd edib ki, Azərbaycan Demokratik Cümhuriyyətinin ömrü 23 ay sürsədə bu qısa dövr ərzində çox mühüm işlərə imza atılıb.

"Məhz həmin dövrdə Azərbaycanın himni, bayrağı və digər dövlət atributları yaradılıb. Azərbaycan 1991-ci ildə müstəqilliyini bərpa edən zaman özünü ADR-in hüquqi və siyasi varisi elan edib." - o əlavə edib.

Bayramov bildirib ki, Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra müstəqilliyin davamlı olması Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin xidmətləri sayəsində mümkün olub.

"Biz bu gün fəxr edirik ki, ulu öndərimizin ideyalarını uğurla həyata keçirən prezidentimiz var. Prezident İlham Əliyevin səyi nəticəsində Azərbaycan Avropanın ən gözəl ölkələrindən birinə çevrilməkdədir." - o deyib.

Azərbaycanın Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov 1918-ci ildə yaradılan Azərbaycan Demokratik Respublikasının yaradılmasının Azərbaycan tarixində oynadığı əəhəmiyyətli rolundan bəhs edib. O Azərbaycan xalqını Respublika günü münasibəti ilə təbrik edib.

Daha sonra Türkiyənin Azərbaycandakı səfirliyinin nümayəndələri, Türkiyə universitetlərində təhsil almış azərbaycanlı məzunla və iş adamları çıxış edərək öz təbriklərini çatdırıblar.


1918-ci il mayın 28-də Azərbaycanın milli qayəli, milli təfəkkürlü övladları Azərbaycan Xalq Cümhuriyyətini elan etdilər.

1920-ci il aprelin 28-də bolşeviklərin 11-ci ordusu Azərbaycanı işğal etdi və Xalq Cümhuriyyəti süquta uğradı.

Xəbər lenti

Xəbər lenti