...

Azərbaycanın İtaliyadakı səfiri "Roma Uno" telekanalının verilişində iştirak edib

Siyasət Materials 30 May 2011 03:37 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 may /Trend/

Azərbaycanın İtaliyadakı səfiri Vaqif Sadıqov bu ölkənin "Roma Uno" televiziya kanalının dəvəti ilə həftəlik əsasda efirə çıxan "Romadakı səfirliklər" adlı verilişin qonağı olmuşdur. Bu barədə məlumatı Azərbaycanın İtaliyadakı səfirliyi yayıb.

Veriliş ölkəmiz haqqında ümumi məlumat və video görüntülərinin yayınlanması ilə başlamış, daha sonra səfir V.Sadıqov verilişin aparıcısı xanım Françeska Covampaolanın suallarını cavablandırmışdır.

Verilişin əvvəlində V.Sadıqov 28 may tarixində Azərbaycanda qeyd edilən Respublika Günü bayramının tarixindən danışmış, bu il Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpa edilməsinin 20 illiyi haqqında məlumat vermişdir.

Daha sonra V.Sadıqov müsahibəsində Azərbaycanın qədim tarixindən, mədəniyyətindən, habelə ölkəmizin bu gün uğurla həyata keçirdiyi daxili və xarici siyasəti, bu yolda qarşılaşdığımız çətinliklər və problemlər haqqında danışmışdır. O, həmçinin Azərbaycanın iqtisadiyyatı və bu sahədə əldə etdiyi yüksək nailiyyətlərdən söz açmışdır.

Səfir Azərbaycanda müxtəlif dinlərin və xalqların nümayəndələrinin yaşadığından və onlara qarşı tarixən yüksək hörmət və qayğının mövcud olduğundan, Azərbaycanın mədəniyyətlərarası və dinlərarası dialoqun inkişafına verdiyi töhfələrdən söhbət açmışdır.

Daha sonra səfir Azərbaycan və İtaliya arasında mövcud olan sıx dostluq əlaqələri haqqında məlumat vermiş və bu əlaqələrin yüksələn xətlə inkişaf etməkdə davam etdiyini vurğulamışdır. V.Sadıqov ölkələrimiz arasında iqtisadi və ticarət əlaqələrin yüksək səviyyədə inkişaf etdiyini vurğulayaraq, hazırda Azərbaycanda çoxlu sayda italyan şirkətlərinin fəaliyyət göstərdiyini qeyd etmiş, ölkəmizdə güclü iqtisadi potensialın və biznesin inkişafı üçün əlverişli mühitin mövcud olduğunu bildirmişdir.

Daha sonra səfir V.Sadıqov bu il Azərbaycanda turizm ili elan olduğu barədə məlumat vermiş, son zamanlar İtaliya vətəndaşlarının Azərbaycana səfər etməyə maraqlarının daha da artmasının müşahidə edildiyini qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti