...

Azərbaycanın mülki aviasiya işçiləri fəxri ad və medallarla təltif ediliblər

Siyasət Materials 31 May 2011 19:18 (UTC +04:00)
Prezident İlham Əliyev m ülki aviasiya işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb
Azərbaycanın mülki aviasiya işçiləri fəxri ad və medallarla təltif ediliblər

Prezident İlham Əliyev mülki aviasiya işçilərinə Azərbaycan Respublikasının fəxri adlarının verilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd edilir ki, Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

"Əməkdar Pilot" fəxri adı

Ağaquliyev Tahir Teymur oğlu
Andropov Vladimir Alekseyeviç
Aslanov Xeyrulla Azad oğlu
Əsgərov Cahangir Calal oğlu
Mirsalayev Şəmsəddin Balağa oğlu.

"Əməkdar Mühəndis" fəxri adı

Abbasov Rauf Ağacan oğlu.

Çərşənbə axşamı Prezident İlham Əliyev Azərbaycan Respublikası mülki aviasiya işçilərinin "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında da sərəncam imzalayıb.

Sərəncama uyğun olaraq, Azərbaycanda mülki aviasiyanın inkişafında xidmətlərinə görə Əhmədov Hikmət Rəzzaq oğlu, Kozin Valeriy Misiroviç, Qasımov Rəhim Əfəndi oğlu, Nemətov Xanmirzə Mirzə oğlu, Nəsirov Qənbər Həsən oğlu və Salmanlı Araz Məmməd oğlu "Tərəqqi" medalı ilə təltif ediliblər.

Xəbər lenti

Xəbər lenti