...

Azərbaycan MDB Miqrasiya orqanları rəhbərləri Şurasının 9-cu iclasında iştirak edib

Siyasət Materials 31 May 2011 19:19 (UTC +04:00)
Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Miqrasiya orqanları rəhbərləri Şurasının Rusiya Federasiyasında keçirilən 9-cu iclasında iştirak edib.
Azərbaycan MDB Miqrasiya orqanları rəhbərləri Şurasının 9-cu iclasında iştirak edib

Azərbaycan, Bakı, 31 may /Trend/

Azərbaycan Dövlət Miqrasiya Xidmətinin (DMX) rəisi, II dərəcəli dövlət miqrasiya xidməti müşaviri Arzu Rəhimovun rəhbərlik etdiyi nümayəndə heyəti Müstəqil Dövlətlər Birliyi iştirakçı ölkələrinin Miqrasiya orqanları rəhbərləri Şurasının Rusiya Federasiyasında keçirilən 9-cu iclasında iştirak edib.

Trend-in DMX-yə istinadən yaydığı məlumata görə, tədbirdə MDB iştirakçı dövlətlərində miqrasiyanın vəziyyəti, MDB-nin 20 illiyi ilə əlaqədar Miqrasiya orqanları rəhbərləri Şurasının keçirəcəyi tədbirlər, MDB iştirakçı dövlətlərinin 2012-2014-cü illər üçün qeyri-qanuni miqrasiyanın qarşısının alınması üzrə proqram layihəsi, MDB Miqrasiya orqanları rəhbərləri Şurasının Beynəlxalq Miqrasiya Təşkilatı ilə əməkdaşlığı haqqında memorandumun layihəsi, MDB iştirakçı dövlətlərinin miqrasiya orqanlarında əcnəbilərin ölkədə olma rejiminə nəzarəti həyata keçirən bölmələrin yaradılması təcrübəsi haqqında məsələlər müzakirə edilib və müvafiq qərarlar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti