...

Azərbaycan DİN-in idarə rəisi təqaüdə göndərildi

Siyasət Materials 2 İyun 2011 11:10 (UTC +04:00)
Azərbaycan DİN-in idarə rəisi təqaüdə göndərildi
Azərbaycan DİN-in idarə rəisi təqaüdə göndərildi

Azərbaycan, Bakı, 2 iyun /Trend, müxbir K.Zərbalıyeva/

Azərbaycanın Daxili İşlər Nazirliyinin (DİN) Şəxsi Heyətlə İş İdarəsinin rəisi, polkovnik Mehman Mehmanov təqaüdə göndərilib.

Bu barədə cümə axşamı Trend-ə məlumat verən Mehmanov bildirib ki, o, dünəndən təqaüdə çıxıb və onun səlahiyyətlərini müvəqqəti olaraq idarənin rəis müavini icra edir.

Bir neçə gün öncə Daxili İşlər Nazirliyinin Polis Akademiyasının rəisi Ramiz Nağıyev də təqaüdə göndərilib.

Xəbər lenti

Xəbər lenti