...

İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

Siyasət Materials 4 İyun 2011 17:43 (UTC +04:00)
İraq Prezidenti Cəlal Tələbani Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məlumatı Prezidentin rəsmi saytı yayıb
İraq Prezidenti Azərbaycan Prezidentinə təbrik məktubu göndərib

İraq Prezidenti Cəlal Tələbani Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Azərbaycan Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Təbrik məktubunda deyilir ki, Azərbaycanın Milli bayramı - Respublika Günü münasibətilə Zati-alinizə İraq xalqı adından və şəxsən öz adımdan ən səmimi təbriklərimi göndərirəm.

Bu fürsətdən istifadə edərək cənabınıza iki ölkə arasındakı əlaqələrin İraq və Azərbaycan xalqlarının rifahı naminə daha da genişlənməsinə və inkişafına İraq Respublikasının rəğbətlə yanaşdığını bir daha bildirirəm.
Cənab Prezident, Sizə möhkəm cansağlığı və davamlı uğurlar, dost Azərbaycan xalqına isə firavanlıq və tərəqqi arzulayıram.

Xəbər lenti

Xəbər lenti