...

Norveç Vəliəhdi Azərbaycanla əməkdaşlığı yüksək giymətləndirdi

Siyasət Materials 8 İyun 2011 01:36 (UTC +04:00)
Norveç Vəliəhdi Azərbaycanla əməkdaşlığı yüksək giymətləndirdi/
Norveç Vəliəhdi Azərbaycanla əməkdaşlığı yüksək giymətləndirdi

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir V. Javoronkova/

Novreç Krallığının Vəliəhdi Hookon Maqnus Azərbaycanla bütün sahələrdə əməkdaşlığı yüksək qiymətləndirdi. Bu barədə Vəliəhd çərşənbə axşamı Bakıda keçirilmiş mətbuat konfransında deyib.

"Biz münasibətlərimizi yüksək qiymətləndiririk. Norveçin Statoil şirkətinin Azərbaycanda uzunmüddətli fəaliyyəti buna sübutdur", Maqnus bildirib.

Vəliəhd Azərbaycana 18-ci Beynəlxalq "Xəzər Neft və Qaz, Neft Emalı və Neft-Kimya" sərgisində iştirakı çərçivəsində səfər etdi.

Onun sözlərinə görə, Azərbaycanın neft sənayesi uzun inkişaf yolunu keçib və əldə olunmuş nəticələr Norveç tərəfini heyrətə gətirdi. Vəliəhd həm də Azərbaycanın öz neft sərvətlərindən səmərəli istifadə etdiyini qeyd etdi.

"Həmçinin, bütün əhalinin inkişafını qeyd etmək istərdim. Bunu, ölkədə yoxsulluq səviyyəsinin azaltmasında görə bilərik", deyə Vəliəhd bildirib.

Onun sözlərinə görə, bu, neftdən əldə olunmuş gəlirin düzgün istifadəsindən xəbər verir. Vəliəhd həmçinin elmin inkişafını və ölkəmizin insan hüquqları sahəsində nailiyyətlərini qeyd etmişdir.

Xəbər lenti

Xəbər lenti