...

İlham Əliyev Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak edib (FOTO)

Siyasət Materials 9 İyun 2011 11:42 (UTC +04:00)
Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak edib
İlham Əliyev Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak edib (FOTO)

Prezident İlham Əliyev iyunun 8-də Azərbaycanın Serbiyadakı səfirliyinin açılışında iştirak edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı səfirliyin açılışını bildirən rəmzi lenti kəsdi.

Prezident İlham Əliyev səfirliyin binasında yaradılmış şəraitlə tanış oldu.

Məlumat verildi ki, burada səfirliyin əməkdaşlarının iş şəraiti üçün hər cür imkanlar yaradılmışdır. Səfirliyin binasının bütün otaqları müasir avadanlıqlarla təchiz olunmuşdur.
Dövlətimizin başçısı səfirliyin əməkdaşları və Serbiya ictimaiyyəti qarşısında çıxış etdi, onlarla xatirə şəkli çəkdirdi.

Xəbər lenti

Xəbər lenti