...

Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə helikopter və qırıcı təyyarələr manevrlər ediblər (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Siyasət Materials 10 İyun 2011 12:55 (UTC +04:00)
Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə helikopter və qırıcı təyyarələr manevrlər ediblər (ƏLAVƏ OLUNUB 2)
Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə helikopter və qırıcı təyyarələr manevrlər ediblər (ƏLAVƏ OLUNUB 2) (FOTO)

Fotoşəkillər əlavə olunub (ilk xəbər 10:25-də yayılıb)

Azərbaycanın, Bakı, 10 iyun /Trend, müxbir M.Əliyev/

Bakıda keçiriləcək hərbi parada hazırlıq məqsədilə cümə günü helikopterlər manevrlər edib.

Trend-in məlumatına görə, Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) helikopterləri Bakı səmasında hazırlıq uçuşları həyata keçiriblər.

Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) Mi-8 tipli 20-yə yaxın helikopteri Azadlıq meydanı üzərindən keçməklə bir neçə dəfə dövrə vurub.

Cümə günü həmçinin döyüş qırıcı təyyarələri də manevr edib.

Azərbaycan Müdafiə Nazirliyi hərbi parada hazırlıqla bağlı hər hansı rəsmi məlumat verməyib.

Azərbaycanda 26 iyun - Silahlı Qüvvələr Günü və müstəqilliyin bərpasının 20 illiyi münasibətilə hərbi parad keçiriləcəyi gözlənilir.

Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Trend-ə bildirib ki, planlaşdırlımış təlim məşqləri həyata keçirilir.

Xəbər lenti

Xəbər lenti