...

Azərbaycan Türkiyədə yeni seçilən hakimiyyətlə strateji tərəfdaşlıq kursunu davam etdirəcək

Siyasət Materials 13 İyun 2011 13:06 (UTC +04:00)
Azərbaycan hakimiyyəti Türkiyə xalqının seçiminə hörmətlə yanaşır, onun seçdiyi hakimiyyətlə bundan sonra da strateji tərəfdaşlıq kursunu davam etdirəcək. Bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.
Azərbaycan Türkiyədə yeni seçilən hakimiyyətlə strateji tərəfdaşlıq kursunu davam etdirəcək

Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/

Azərbaycan hakimiyyəti Türkiyə xalqının seçiminə hörmətlə yanaşır, onun seçdiyi hakimiyyətlə bundan sonra da strateji tərəfdaşlıq kursunu davam etdirəcək. Bunu bazar ertəsi jurnalistlərə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov bildirib.

"Türkiyədə keçirilən seçkilərin nəticələri artıq bəllidir. Türk xalqı yenidən AKP hakimiyyətini seçdi, Baş nazir Rəcəb Tayib Ərdoğan partiyası ilə davam etmək iqtidarını ortaya qoydu. Partiyanın inkişaf və tərəqqi yolunda həyata keçirdiyi siyasətə yenidən səs verildi", - Həsənov bildirib.

Onun sözlərinə görə, Azərbaycan Türkiyə ilə münasibətlərini bundan sonra da inkişaf etdirəcək.

"Qarşıda bizi Türkiyə-Azərbaycan münasibətlərində xüsusən enerji sahəsində mühüm layihələr gözləyir. Düşünürük ki, hazırkı hakimiyyətlə bu kurs davam edəcək, bizim üçün bu əməkdaşlıq hərtərəfli əhəmiyyətlidir", - Həsənov qeyd edib.

İyunun 12-də Türkiyə Böyük Müllət Məclisinə seçkilər keçirilib. Seçkilərin nəticələrinə görə, hakim Ədalət və İnkişaf Partiyası qalib gəlib.

Xəbər lenti

Xəbər lenti