Azərbaycan, Bakı, 13 iyun /Trend, müxbir T.Hacıyev/
Hakim Yeni Azərbaycan Partiyası (YAP) "Silahlı Qüvvələrə Yardım Fondu"na dəstək məqsədilə xeyriyyə konserti təşkil edəcək.
Trend-in partiyanın rəsmi saytına istinadən verdiyi məlumata görə, konsert iyunun 16-da Mədəniyyət Mərkəzində (keçmiş Şəhriyyar adına saray) keçiriləcək. Konsertdə YAP üzvü olan tanınmış sənətçilər çıxış edəcəklər.
Tədbirdə Milli Məclisin deputatları, görkəmli ictimai-siyasi xadimlər iştirak edəcəklər.
Tədbirdən toplanan vəsait "Silahlı Qüvvələrə Yardım Fondu"na keçiriləcək.