Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişilməlidir (ƏLAVƏ OLUNUB 2)(FOTO)

Prezident İlham Əliyev: Dağlıq Qarabağ münaqişəsi ilə bağlı status-kvo qəbuledilməzdir və dəyişilməlidir (ƏLAVƏ OLUNUB 2)(FOTO)

Təfərrüatlar əlavə edilib (İlk xəbər iyunun 22-də 22:10-da yayılıb)

İyunun 22-də Brüsseldə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Avropa İttifaqının prezidenti Herman Van Rompey görüşdən sonra mətbuata bəyanatlarla çıxış ediblər, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Avropa İttifaqının prezidenti Herman Van Rompeyin bəyanatı:

"Cənab Prezident, Brüsselə xoş gəlmisiniz. Əvvəlcə Sizi "Eurovision" mahnı müsabiqəsindəki qələbəniz münasibətilə təbrik etmək istərdim. Avropanın bütün dairələri gələn il Bakıya toplaşacaq və Azərbaycanı diqqət mərkəzinə çevirəcəkdir. Səfərinizin qısa olmasına baxmayaraq, əhəmiyyətli və zamanında olan səfərdir. Bu, Avropa İttifaqı-Azərbaycan münasibətlərinin əhəmiyyətini göstərir.
Siz, həmçinin əmin olmalısınız ki, ölkəniz ilə əlaqələrin güclənməsinə sadiqik. Buna görə də biz Assosiativ saziş ilə bağlı danışıqların inkişafından razıyıq. Bizim Azərbaycan və Şərq tərəfdaşlarımız ilə münasibətlərimizə sadiqliyimiz sentyabrda Varşavada keçiriləcək "Şərq tərəfdaşlığı" Sammitinə hazırlığımızda və gözləntilərimizdə də öz əksini tapmışdır.
Bu gün də müzakirə etdiyimiz kimi, Varşava sammiti həm Avropa İttifaqı, həm də onun tərəfdaşlarının məqsədlərinə sadiqliklərini yeniləmək üçün bir imkan olacaqdır. Buraya "Şərq tərəfdaşlığı"nı möhkəmləndirən dəyər və prinsiplərə birgə sadiqlik, xüsusilə demokratik prinsiplər və təcrübələr, insan hüquqlarına hörmət, yaxşı idarəçilik və qanunun aliliyi aiddir. Biz ümid edirik ki, sammit tərəfdaşlarımızın Avropa İttifaqının seçilmiş proqramlarında və təsisatlarında iştirakının təşviqinə təkan verəcəkdir. Həmçinin ümidvaram ki, bu sammit siyasi əməkdaşlığın və dialoqun inkişafı yollarını, eyni zamanda, regional təhlükəsizliyin gücləndirilməsi və münaqişələrin həlli yollarının araşdırılması, ümumi maraq doğuran müəyyən qlobal və regional məsələlərin müzakirəsi üçün yaxşı imkan olacaqdır. Bu baxımdan və Sizin Rusiya Prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə bu həftə Dağlıq Qarabağ münaqişəsinə dair keçiriləcək yüksək səviyyəli görüşdə iştirak etmək üçün Kazan şəhərinə səfəriniz işığında, mən Avropa İttifaqının öz qonşuluğunda uzun müddət davam edən bu münaqişənin sülh yolu ilə nizamlanmasına güclü dəstəyini vurğulamışam. Əsas Prinsiplərə əsaslanan sənədi tamamlamaq üçün əlavə cəhdlər göstərməyin vaxtı çatmışdır. Bu, tez bir zamanda sülh danışıqlarına başlamağa imkan yaradacaqdır. Avropa İttifaqı münaqişənin gücdən istifadə etməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını təyinetmə prinsiplərinə əsaslanan sülh yolu ilə həlli istiqamətində ATƏT-in Minsk qrupu həmsədrlərinin fəaliyyətini dəstəkləyir.
Nəhayət, Avropa İttifaqı-Azərbaycan əlaqələrinin digər əsas elementi enerji sahəsidir. Mən şadam ki, Prezident İlham Əliyev Azərbaycanın sadiq tərəfdaş olduğunu bu gün təsdiqlədi. Əminəm ki, Azərbaycan Avropa bazarlarını gələcəkdə də enerji ilə təmin etməyə davam edəcəkdir.
Cənab Prezident, bir daha Brüsselə gəldiyiniz üçün çox minnətdaram. Avropalı həmkarlarım ilə birlikdə Sizinlə Varşavada "Şərq tərəfdaşlığı" sammitində görüşümüzü səbirsizliklə gözləyirəm"


Azərbaycan Prezidenti İlham Əliyevin bəyanatı:

"Əvvəlcə dəvətinizə görə Sizə təşəkkür etmək istərdim. Münasibətlərimizin gələcək inkişafı baxımından Brüsselə səfərim böyük əhəmiyyət kəsb edir. Bundan başqa, müğənnilərimizin "Eurovision" mahnı müsabiqəsindəki qələbəsi ilə bağlı təbriklərinizə görə minnətdaram. Bu, böyük qələbə idi. Bu, Avropa və avropalılardan dəstəyin əlaməti idi. Mən azərbaycanlı müğənnilərə səs verən, bu mükafatı onlara layiq görən Avropadakı bütün dostlarımıza təşəkkür edirəm. Mən əminəm ki, çoxsaylı avropalı dostlarımızın iştirakı ilə gələn il Bakıda keçiriləcək müsabiqə bizə, həmçinin ölkəmizi, tariximizi və mədəniyyətimizi nümayiş etdirməyə yaxşı imkan verəcəkdir. Avropa İttifaqı və Azərbaycan arasında münasibətlər çox uğurla inkişaf edir. Bu əlaqələrimizin uzun tarixi vardır və bu gün bu münasibətlər yeni bir mərhələyə daxil olur.
Cənab prezidentin də qeyd etdiyi kimi, "Şərq tərəfdaşlığı" Proqramı fəal dialoq üçün yeni imkanlar yaradır. Biz Assosiativ saziş üzərində işləyirik. Ümid edirik ki, bu saziş bir çox sahələri əhatə edən və bizi Avropaya daha da yaxınlaşdıran uzunmüddətli əməkdaşlıq üçün çərçivə yaratmağa imkan verəcəkdir. Azərbaycanda islahatlar - siyasi, iqtisadi islahatlar davam edir. Bu islahatların aparılmasında nə qədər çox uğur əldə etsək, biz bir o qədər də Avropaya yaxın olarıq. Bu gün mənim Brüsseldə keçirdiyim görüşlərdə bütün sahələrdə daha da güclü əlaqələr qurmaq üçün qarşılıqlı maraqları bir daha açıq-aydın görə bilərik.
Cənab Prezident, Siz münaqişənin həllinə toxundunuz. Biz avropalı dostlarımıza Minsk prosesini dəstəklədiklərinə görə çox minnətdarıq. ATƏT-in Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin münaqişənin həlli prinsipləri ilə bağlı bu yaxınlarda verdikləri bəyanat həvəsləndiricidir. Xüsusilə, Minsk qrupunun həmsədr ölkələrinin rəhbərlərinin "status-kvo qəbuledilməzdir, dəyişilməlidir və münaqişə özündə ərazi bütövlüyü və xalqların öz müqəddəratını ehtiva edən Helsinki Yekun Aktı sənədləri əsasında həll edilməlidir" bəyanatı bizi olduqca həvəsləndirdi. Bu iki prinsip ziddiyyət təşkil etmir. Bizə elə bir saziş lazımdır ki, burada Azərbaycanın ərazi bütövlüyü qorunsun və regionun bütün sakinləri azad və sülh şəraitində yaşasınlar. Düşünürəm ki, Minsk qrupunun təklifi belə bir çərçivəni yaradır. Biz erməni həmkarlarımızdan danışıqlara konstruktiv yanaşma gözləyirik. Ərazilərimizin işğaldan azad olunmasından sonra yüz minlərlə azərbaycanlının öz yurd-yuvalarına qayıtmaları üçün biz münaqişənin tez bir zamanda həllini istəyirik.
Avropa ilə Azərbaycan arasında enerji əməkdaşlığının artıq yaxşı tarixi vardır. Bir neçə il bundan əvvəl bizə Xəzərin neft ehtiyatlarını beynəlxalq və Avropa bazarlarına çıxarmağa imkan verən Bakıdan Aralıq dənizi sahillərinə böyük neft boru kəməri inşa edildi. Bizim artıq əməkdaşlıqda yaxşı təcrübəmiz vardır. Bu gün Avropa bizim enerji resurslarımızın əsas istehlakçısıdır. Avropa bizim ən böyük ticarət tərəfdaşımızdır. Əminəm ki, bu dəhlizdən qaz resurslarının nəqli üçün istifadə bizə avropalı istehlakçıların etibarlı təbii qaz təminatçısı olmağa imkan verəcəkdir. Biz bu istiqamətdə olduqca fəal işləyirik. Yanvarda xüsusi işçi qrupu yaradılıb. Cənab Barrozunun bu ilin yanvarında Bakıya səfəri zamanı "Cənub" qaz dəhlizi ilə bağlı bəyannamə imzalanıb. İndi gələcək əməkdaşlıq üçün bizim çərçivəmiz vardır. Ümid edirik ki, bu ilin sonunadək biz bununla bağlı bütün lazımi işləri yekunlaşdıracağıq. Bu, bizə qaz potensialımızdan vətəndaşlarımızın rifahı naminə istifadə etmək, Avropaya isə gələcəkdə alternativ, etibarlı və böyük qaz resursları əldə etmək imkanı verəcəkdir. Bizim maraqlarımız təkcə enerji məsələsində deyil, həm də bu gün toxunduğumuz məsələlərdə üst-üstə düşür. Əminəm ki, Avropa İttifaqı və Azərbaycan arasında dostluq, tərəfdaşlıq münasibətləri gələcəkdə də uğurla davam edəcəkdir.
Bir daha, cənab Prezident, dəvətinizə görə təşəkkür edirəm".

BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Loading Bars
Xəbər lenti
"Facebook" adını dəyişdirməyi planlaşdırır
ABŞ-ın daxili təhlükəsizlik naziri koronavirusa yoluxub
"Netflix"in dünyadakı abunəçilərinin sayı 214 milyonu ötüb
Britaniyada koronavirusdan daha 223 nəfər ölüb
Rusiyada ticarət mərkəzində partlayış olub
Ankara Avropa Komissiyasının Türkiyə ilə bağlı hesabatını rədd edib
Vaşinqtonda Əmək Nazirliyinin binasında partlayış təhlükəsi səbəbilə küçələr bağlanıb
KXDR sualtı qayıqdan balistik raket buraxdığını təsdiq edib
BMT Şimali Koreyanın raket sınaqlarından narahatdır
Türkiyədə son sutkada koronavirusdan 27 352 nəfər sağalıb
Sabirabadda birmərtəbəli ev yanıb
Çempionlar Liqası: "Mançester Siti"dən darmadağın, "Şerif" ilk dəfə məğlub oldu (ƏLAVƏ OLUNUB)
Türkiyə parlamenti Mali və Mərkəzi Afrika Respublikasında hərbi missiyanın mandatını uzadıb
Azərbaycan XİN Zəngilanın işğaldan azad olunmasının ildönümü ilə bağlı paylaşım edib (FOTO)
Zəfər xronikası 20 oktyabr 2020-ci il: Prezident İlham Əliyev xalqa müraciətində Zəngilanın işğaldan azad olunduğunu açıqlayıb (FOTO/VİDEO)
44 günlük Vətən müharibəsinin xronikası: 20 oktyabr
Mir Şahinin vaxtı - XÜSUSİ BURAXILIŞ (VİDEO)
ABŞ-da təyyarə qəzaya uğrayıb, xəsarət alanlar var
Fuad Qəhrəmanlının qızına təcavüzdə təqsirləndirilən şəxs saxlanıldı
Səfir Vaqif Sadıqov etimadnaməsini Belçikanın Kralına təqdim edib
Həkimlər Saakaşvilini xəstəxanaya yerləşdirməyi tövsiyə ediblər
Ermənistana təhvil verilən erməni hərbçilərin adları məlum oldu
Macarıstanla qarşılıqlı əməkdaşlıq əlaqələrinin perspektivləri müzakirə olunub
Qarabağın dark turizm potensialı: erməni barbarlığını dünya daha yaxından görəcək
BVF Azərbaycanda qeyri-neft ÜDM üzrə proqnozu yüksəldib
Azərbaycanda statistik məlumatların istehsalı üzrə beynəlxalq modelin tətbiqi planlaşdırılır
TAP qaz qiymətlərinin artımının qarşısını qismən alır
Azərbaycanda minik avtomobillərinin istehsalı artıb
İranın Astara gömrüyü üzərindən tranziti azalmayıb, əksinə, 300 faiz artıb - İranlı rəsmi
Energetika naziri 2-ci “Kəmər və Yol Energetika Nazirləri Konfransı”nda çıxış edib
BVF 2021-ci ildə Azərbaycanda ÜDM-nin 20 faizdən çox artımını proqnozlaşdırır
Mingəçevir Dövlət Universitetinin tələbəsinin təşəbbüsü ilə “Qəlb gözü” layihəsi reallaşdırılıb (FOTO)
Bakı-Tbilisi-Ərzurum qaz kəməri ilə ixrac 45 faizdən çox artıb
Bakıda ötən ay təkrar mənzil bazarında qiymətlər ucuzlaşıb
Prezident İlham Əliyev Xorvatiyanın xarici və Avropa işləri üzrə nazirini qəbul edib (VİDEO)
Azərbaycan 5 erməni hərbçini Ermənistana qaytardı
Jurnalist Elnur Əşrəfoğlu koronavirusdan vəfat etdi
Məhərrəm Əliyev: Qalib Azərbaycan Silahlı Qüvvələri bundan sonra da xalqımızın, dövlətimizin və Müzəffər Ali Baş Komandanımızın etimadını şərəflə doğruldacaq (MÜSAHİBƏ)
Zakir Həsənov yeni yaradılan komando hərbi hissəsində olub (FOTO/VİDEO)
Bakıda daha bir orta məktəb distant tədrisə keçib
Prezident İlham Əliyev Rəcəb Tayyib Ərdoğana başsağlığı verib
BTC ilə nəql olunan neftin həcmi açıqlanıb
Sanitar və fitosanitar tədbirlərin gücləndirilməsi məqsədilə vebinar keçirilib
Azərbaycan Dillər Universitetində “Özbək dili günü”nə həsr olunan konfrans keçirilib (FOTO)
Azərbaycandan 100 assistent Türkiyədə tədris-tədqiqat proqramında iştirak edəcək
Azərbaycanla Slovakiya arasında saziş imzalandı, Birgə İşçi Qrup yaradılacaq (FOTO)
Rusiyaya bir sıra bitkiçilik məhsullarının ixracında artım müşahidə olunub - AQTA
Bakıda anası tərəfindən dayəyə verilən azyaşlı sığınacağa yerləşdirilib
Azərbaycan, Rusiya və Ermənistan İşçi Qrupunun iclası - “Əsas məsələ”də MÜZAKİRƏ (FOTO/VİDEO)
“PAŞA Bank”dan 250 000 AZN-dək girovsuz biznes kreditlərini banka gəlmədən onlayn əldə edin!
Gürcüstanın Baş naziri Əli Əsədovu təbrik edib
Azərbaycan hasilat sənayesində şəffaflığın təmin olunması üzrə bütün beynəlxalq səyləri dəstəkləyir - Nazir
Oktyabrın 20-nə USD/AZN rəsmi məzənnəsi
Türk lirəsi ucuzlaşsa da Bakıda satılan Türkiyə malları niyə ucuzlaşmır?
Qanunsuz balıq ovlayanlar saxlanılıb
Prezident İlham Əliyevin səfərləri göstərir ki, “Böyük Qayıdış” üçün bütün potensial imkanlar səfərbər olunub - Vüqar Rəhimzadə
“Mədəniyyət” telekanalına yeni rəhbər təyin olunub
Bakıda yaşayış binasında yanğın olub
Bakıda koronavirusa görə bağça bağlandı
Rezidenturaya boş qalan yerlərə qəbulun nəticələri açıqlanıb
Metronun "Koroğlu" stansiyasında koronavirus xəstəsi saxlanılıb
Neftçalada qardaşını qətlə yetirən şəxsin işi məhkəməyə göndərildi
Azərbaycanda COVID-19 əleyhinə peyvənd olunanların sayı açıqlanıb
Azərbaycanda 2 102 nəfər koronavirusa yoluxub, 15 nəfər vəfat edib
AccessBank tender elan edir
Yelo Bank “Qan ver, həyat bəxş et” aksiyasını keçirdi
BVF Azərbaycanda inflyasiya ilə bağlı proqnozlarını açıqlayıb
Nüfuzlu sığorta şirkətinə qarşı mediada qarayaxma kampaniyasına başlanılıb
Azad olunmuş ərazilərdə yaradılacaq milli parkların yerləri müəyyənləşib
Azərbaycan Beynəlxalq Ədalət Məhkəməsində Ermənistana qarşı tələblərini səsləndirib
Ələtdə Vətən müharibəsi şəhidi Abdullayev Balazadənin anım mərasimi keçirilib (FOTO)
İctimai nəqliyyatda gediş haqqının bahalaşması ilə bağlı müraciət etməmişik - BNA
Milli Məclisin mümayəndə heyəti Yunanıstana gedir
TDƏŞ-ə üzv ölkələrin dövlət orqanları arasında Anlaşma Memorandumu təsdiqləndi
Məhərrəm Əliyev “Şöhrət” ordeni ilə təltif edildi
BMT rəsmisi aclıqla mübarizə üçün İlon Maskdan 6 milyard dollar istədi
Hirkan Milli Parkında "Təbiətin keşiyində" adlı eko-skaut düşərgəsi keçirilib (FOTO)
Xalqımızın hər bir nümayəndəsi Vətən müharibəsində qələbəyə öz töhfəsini verdi – Deputat
Sumqayıtda narkotik alverçisi olan qadın və daha 11 nəfər saxlanıldı (FOTO/VİDEO)
Valeh Ələsgərov 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib
Macarıstan şirkətləri Qarabağın yenidənqurulması ilə bağlı EXPO-da iştirak edəcəklər
Teatr direktoru mənimsəməyə görə işdən çıxarılıb - Nazirlik
“Yüksəliş” müsabiqəsinin qalibləri üçün mentorluq proqramına start verilir
İranda koronavirusa yoluxanların sayı 5,8 milyonu keçib
Ata Abdullayev məhkəmədə ağladı
Samsung Galaxy Z Fold3 və Z Flip3 satışları bütün rekordları qıraraq, inanılmaz nəticələr göstərib (FOTO)
Minneapolisdə körpü Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb (FOTO)
Vəzifəli şəxslərdən pul tələb edənlərin işi məhkəməyə göndərildi
Rusiya Dövlət Dumasında 10-dan çox deputat koronavirusa yoluxub
Qanunsuz işləyən baytarlıq aptekinin rəhbəri məsuliyyətə cəlb olunub
Azərbaycanda reklam bazarının mövcud vəziyyəti müzakirə edilib (FOTO)
Mingəçevir Dövlət Universiteti şəhid məzun Kənan Abdullayevi anıb (FOTO)
Gədəbəy və Şamaxıya dolu yağıb - Faktiki hava
Slovakiya Azərbaycanla münasibətlərin dərinləşməsində maraqlıdır - Nazir
Sahibkarların kredit faizlərinin 62 milyon manata yaxını dövlət tərəfindən ödənilib
Azərbaycan azad edilən ərazilərinin bərpası ilə yanaşı, yeni imkanları da nəzərdən keçirir - Nazir
Meyxanaçı Cavid Sumqayıtlının siyasi qafiyələrə görə həbs olunması ilə bağlı iddialar yalandır - DİN
Elan saytlarında kirayə ev axtaranları belə aldadırlar
Məktəblər bağlanır? - Nazirlikdən AÇIQLAMA
“BBC World News” telekanalında “Azərbaycanı kəşf et – gələcəyə gedən yol” adlı videoçarx yayımlanır (FOTO/VİDEO)
Bütün xəbərlər