...

Azərbaycan və İran terrorçuluqla mübarizədə əməkdaşlığı genişləndirəcəklər

Siyasət Materials 26 İyun 2011 04:09 (UTC +04:00)
İran prezidenti Mahmud Əhmədinejad şənbə günü bildirib ki, İran İslam Respublikası və Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlığı genişləndirəcəklər. Bu barədə Trend IRNA xəbər agentliyinə istinadən məlumat verir.
Azərbaycan və İran terrorçuluqla mübarizədə əməkdaşlığı genişləndirəcəklər

Azərbaycan, Bakı, 25 iyun /Trend/

İran prezidenti Mahmud Əhmədinejad şənbə günü bildirib ki, İran İslam Respublikası və Azərbaycan terrorçuluqla mübarizədə əməkdaşlığı genişləndirəcəklər. Bu barədə Trend IRNA xəbər agentliyinə istinadən məlumat verir.

Şənbə günü Əhmədinejad Tehranda keçirilən terrorçuluqla mübarizə üzrə beynəlxalq konfrans zamanı Azərbaycan milli təhlükəsizlik naziri Eldar Mahmudovla görüşüb.

Görüş zamanı İran prezidenti iki ölkə arasında sıx əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

O, qeyd edib ki, Tehran və Bakı öz geniş siyasi, iqtisadi və mədəni imkanları ilə bölgədə sülh və sabitliyin bərpasına yardım edərək hər iki ölkənin mənafelərini təmin edə bilər.

Əhmədinejadın sözlərinə görə, Azərbaycanın konfransda fəal iştirakı iki ölkə arasında əlaqələr və əməkdaşlığın dərinləşməsinə şərait yaradacaq.

Öz növbəsində Mahmudov Azərbaycan-İran münasibətlərini dostluq və qardaşlıq əlaqələri adlandırıb. Onun sözlərinə görə, iki ölkə terrorçuluqla mübarizədə müsbət və konstruktiv əməkdaşlıq edir və Azərbaycan Tehranla bu sahədə əməkdaşlığı davam etdirmək niyyətindədir.

Xəbər lenti

Xəbər lenti