Azərbaycan Prezidenti İlham Əliyev Məharət Mustafa oğlu Mustafayevin Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı təyin edilməsi haqqında sərəncamı imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.
Prezidentin digər sərəncamı ilə Paşa İsfəndiyar oğlu Paşayev Gəncə şəhəri Nizami rayonu İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib.