...

Azərbaycan Prezidenti Beynəlxalq Valyuta Fondunun yeni sərəncamçı direktorunu təbrik edib

Siyasət Materials 1 İyul 2011 18:02 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristin Laqardı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib.
Azərbaycan Prezidenti Beynəlxalq Valyuta Fondunun yeni sərəncamçı direktorunu təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Beynəlxalq Valyuta Fondunun sərəncamçı direktoru Kristin Laqardı bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Azərbaycanın Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlığına böyük əhəmiyyət verdiyini vurğulayan Prezident İlham Əliyev Azərbaycanda həyata keçirilən iqtisadi inkişaf proqramlarına Beynəlxalq Valyuta Fondunun töhfəsini məmnunluqla qeyd edib.

"Bu gün Beynəlxalq Valyuta Fondunun qarşısında qlobal maliyyə-iqtisadi və valyuta sisteminin idarə edilməsi üsullarının təkmilləşdirilməsinə yönəlmiş islahatların həyata keçirilməsi, maliyyə-bank sektorunun sabitliyinin təmin edilməsi, kəskin borc problemlərinin yeni qlobal maliyyə böhranına çevrilməsi təhlükəsinin qarşısının alınması kimi mühüm vəzifələr durur. Ümidvaram ki, Sizin rəhbərliyinizlə Beynəlxalq Valyuta Fondu bu məsul vəzifələrin öhdəsindən gələrək, beynəlxalq maliyyə əməkdaşlığının möhkəmləndirilməsinə əlavə təkan verəcəkdir", - təbrikdə deyilir.

İlham Əliyev Kristin Laqarda möhkəm cansağlığı, səadət, qarşıdakı məsul işinizdə uğurlar arzulayıb.

Xəbər lenti

Xəbər lenti