...

Rusiyanın xarici işlər naziri Elmar Məmmədyarovu Moskvaya səfərə dəvət edib

Siyasət Materials 1 İyul 2011 18:10 (UTC +04:00)
Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.
Rusiyanın xarici işlər naziri Elmar Məmmədyarovu Moskvaya səfərə dəvət edib

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir S.Ağayeva/

Azərbaycan və Rusiyanın xarici işlər nazirləri ikitərəfli münasibətlərin aktual məsələlərini müzakirə ediblər.

Cümə günü Rusiya tərəfinin təşəbbüsü ilə bu ölkənin xarici işlər naziri Sergey Lavrovla Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov arasında telefon danışığı olub. Trend-in məlumatına görə, bu barədə Rusiya XİN-in rəsmi saytı məlumat verib.

Nazirlər ikitərəfli münasibətlərin bəzi aktual məsələləri, eləcə də gündəlikdə duran regional məsələləri müzakirə ediblər.

"Lavrov öz həmkarını Rusiyaya rəsmi səfərə dəvət edib. Dəvət minnətdarlıqla qəbul edilib", - RF XİN qeyd edir.

Xəbər lenti

Xəbər lenti