...

İran parlamentinin spikeri Azərbaycanın siyasi partiyalarının liderləri ilə görüşüb

Siyasət Materials 1 İyul 2011 18:08 (UTC +04:00)
İran parlamentinin spikeri Əli Laricani cümə günü Azərbaycanın bir sıra siyasi partiyalarının liderləri ilə görüşüb.
İran parlamentinin spikeri Azərbaycanın siyasi partiyalarının liderləri ilə görüşüb

Azərbaycan, Bakı, 1 iyul /Trend, müxbir T.Cəfərov/

İran parlamentinin spikeri Əli Laricani cümə günü Azərbaycanın bir sıra siyasi partiyalarının liderləri ilə görüşüb. Bunu Trend-ə İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətinin rəhbəri Abbas İsgəndəri deyib.

İsgəndərinin sözlərinə görə, görüş Azərbaycanın siyasi partiyalarının istəyi ilə baş tutub. "Görüşdə iki ölkənin siyasi partiyalarının ölkələrarası əlaqələrin inkişafında rolu müzakirə olunub. İki ölkənin partiyaları arasında əlaqələrin inkişaf etdirilməsi və onların regionda baş verən hadisələrlə bağlı davamlı müzakirələr aparmasının zəruriliyi vurğulanıb", - İsgəndəri deyib.

Onun sözlərinə görə, görüşdə təklif olunub ki, İslam ölkələrinin parlamentlərində təmsil olunan partiyalar arasında əlaqələr daha da inkişaf etdirilsin.

Laricani görüşdə bildirib ki, bu gün dünyada rəsmi diplomatiya ilə yanaşı, partiya strukturlarının da böyük rolu var. Laricani iki ölkənin partiyaları arasındakı inkişafı alqışlayıb və bildirib ki, İran tərəfi də bu əlaqələrin inkişafında maraqlıdır və bu əlaqələr ölkələrin mənafeyinə xidmət etməlidir.

Xəbər lenti

Xəbər lenti