...

Azərbaycanın "Eurovision 2011"-də qalib gəlməsində xaricdə yaşayan soydaşların fəallığı böyük rol oynayıb - Komitə sədri

Siyasət Materials 5 İyul 2011 14:27 (UTC +04:00)
"Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qalib gəlməsində xaricdə yaşayan soydaşlarımızın fəallığı əhəmiyyətli rol oynayıb.
Azərbaycanın "Eurovision 2011"-də qalib gəlməsində xaricdə yaşayan soydaşların fəallığı böyük rol oynayıb - Komitə sədri

Azərbaycan, Bakı, 5 iyul /Trend, müxbir M.Əliyev/

"Eurovision 2011" mahnı müsabiqəsində Azərbaycan təmsilçilərinin qalib gəlməsində xaricdə yaşayan soydaşlarımızın fəallığı əhəmiyyətli rol oynayıb. Trend-in məlumatına görə, bunu Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Nazim İbrahimov Dünya azərbaycanlılarının III qurultayında çıxışında bildirib.

Hazırda dünyada 416 Azərbaycan diaspor təşkilatının fəaliyyət göstərdiyini deyən Komitə sədri bildirib ki, onlardan 103-ü II qurultaydan keçən dövr ərzində yaradılıb.

Onun sözlərinə görə, xaricdə yaşayan azərbaycanlıların təşkilatlanmasında ötən beş il ərzində görülən işlərin böyük rolu olub.

"Ötən beş ildə KİV-lər, sosial şəbəkələr vasitəsilə Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində əhəmiyyətli işlər görülüb", - o bildirib.

İbrahimov çıxışında Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Azərbaycanın maddi-mənəvi irsinin təbliğ olunmasında müstəsna rolu olduğunu bildirib.

Onun sözlərinə görə, ötən dövrdə Azərbaycan diaspor təşkilatları türkdilli dövlətlərin diaspor təşkilatları ilə sıx əməkdaşlıq ediblər.

Dünya azərbaycanlılarının I qurultayı 2001-ci ildə keçirilib. Qurultay hər 5 ildən bir keçirilir.

Dünya azərbaycanlılarının III qurultayına 1272 nümayəndə seçilib. Ən çox nümayəndə və qonaqlarla təmsil olunan ölkələr sırasında Rusiya Federasiyası 153, Türkiyə 94, Ukrayna 45, Almaniya 45, Gürcüstan 40, ABŞ 24, İsveç Krallığı 22, Niderland Krallığı 21 nəfərlə təmsil olunublar.

Xəbər lenti

Xəbər lenti