...

Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyi yaradılıb

Siyasət Materials 9 İyul 2011 12:56 (UTC +04:00)
Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycan nümayəndəliyini yaradıb.
Dünya Azərbaycanlıları Konqresinin Güney Azərbaycan nümayəndəliyi yaradılıb

Azərbaycan, Bakı, 9 iyul /Trend/

Dünya Azərbaycanlıları Konqresi (DAK) Güney Azərbaycan nümayəndəliyini yaradıb. Trend-in məlumatına görə, bu barədə DAK mətbuat xidmətindən bildirilib.

DAK həmsədrləri Sabir Rüstəmxanlı və Firudin Pərvizniyanın sərəncamı ilə Azərbaycanda mühacirətdə yaşayan güneyli soydaşımız Babək Muğanlı nümayəndəliyin rəhbəri təyin edilib.

Şahdust Hacı oğlu Mirzayi (Babək Muğanlı) 1965-ci ildə Cənubi Azərbaycanın Ərdəbil vilayətinin Muğan (Parsabad) şəhərində anadan olub. 1988-ci il Cənubi Azərbaycanda Qarabağa Dəstək Komitəsi yaranan vaxt onun fəal üzvlərindən biri olub. 1995-ci ildə Cənubi Azərbaycana geri qayıdıb. İranda dəfələrlə həbsdə yatan Babək Muğanlı 1996-cı ildə yenidən Azərbaycana qayıtmaq məcburiyyətində qalıb.

Xəbər lenti

Xəbər lenti