...

İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı verib

Siyasət Materials 13 İyul 2011 19:18 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə başsağlığı verib.
İlham Əliyev Əfqanıstan Prezidentinə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Əfqanıstan İslam Respublikasının Prezidenti Həmid Kərzaiyə başsağlığı verib. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

"Qardaşınız Əhməd Vali Kərzainin qətli xəbərindən son dərəcə kədərləndim. Bu ağır itki ilə əlaqədar dərdinizi bölüşür, Sizə, ailənizin bütün üzvlərinə səbir diləyir, dərin hüznlə başsağlığı verirəm. Allah rəhmət eləsin!" - başsağlığında deyilir.

Xəbər lenti

Xəbər lenti