...

Ümid Partiyasında yeni təyinat olub

Siyasət Materials 16 İyul 2011 11:05 (UTC +04:00)
Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni təyinatla bağlı sənəd imzalayıb.
Ümid Partiyasında yeni təyinat olub

Azərbaycan, Bakı, 16 iyul /Trend, müxbir T.Hacıyev/

Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə yeni təyinatla bağlı sənəd imzalayıb. Bu barədə şənbə günü Trend-ə Ümid Partiyasının mətbuat xidmətindən məlumat verilib.

Qadınlar Təşkilatının sədri İmranova Aynurə İmran qızı Ümid Partiyasıın ictimaiyyətlə əlaqələr üzrə sədr müavini təyin edilib.

İmranova Aynurə İmran qızı uzun illər Azərbaycanda müxtəlif qəzet və televiziyalarda çalışıb. İxtisasca politoloqdur. Ümid Partiyasında fəaliyyətinə Qadınlar Təşkilatının sədri kimi başlayıb.

Xəbər lenti

Xəbər lenti