...

Almaniyanın Ştutqart şəhərində Azərbaycanın fəxri konsulluğun bir illiyi qeyd olunub (FOTO)

Siyasət Materials 17 İyul 2011 01:05 (UTC +04:00)
Azərbaycanın Almaniyanın Ştutgart şəhərindəki fəxri konsulluğunun açılışınin bir illik yubileyi ilə əlaqədar olaraq iyul cümə günü fəxri konsulluğun binasında yubiley tədbiri keçirilmişdir. Bu barədə Trendə Azərbaycanın Almaniyadakı səfirliyində məlumat veriblər.
Almaniyanın Ştutqart şəhərində Azərbaycanın fəxri konsulluğun bir illiyi qeyd olunub (FOTO)

Azərbaycan, Bakı, 17 iyul /Trend/

Azərbaycanın Almaniyanın Ştutgart şəhərindəki fəxri konsulluğunun açılışınin bir illik yubileyi ilə əlaqədar olaraq cümə günü fəxri konsulluğun binasında yubiley tədbiri keçirilmişdir. Bu barədə Trendə Azərbaycanın Almaniyadakı səfirliyində məlumat veriblər.

Tədbir Baden-Vürtemberg əyalətinin rəhbərliyi, bir sıra şirkət nümayəndəsi, Almaniyada yaşayan bir qrup Azərbaycan vətəndaşı və tələbənin iştirakı ilə keçirilmişdir. Tədbiri fəxri konsul, cənab Otto Hauser giriş sözü ilə açdıqdan sonra tədbir iştirakçılarına Azərbaycan və Almaniya arasındakı tarixi-mədəni əlaqələr, bu əlaqələrin müasir vəziyyəti və zəruriliyi haqqında məlumat vermişdir.

Konsul öz çıxışında onu da qeyd etmişdir ki, bu tarixi əlaqələrin məntiqi nəticəsi olaraq bir ildir ki, Stuttgartda Azərbaycanın fəxri konsulluğu açılmışdır və əsas məqsəd də iki xalq arasındakı əlaqələrin daha da inkişaf etdirilməsinə xidmət etməkdən ibarətdir. Daha sonra Avropa Birliyinin enerji məsələləri üzrə komissarı cənab Günter Ottinger və Münhen Helmholtz İnstitutunda çalışan azərbaycanlı Professor cənab Məsud Əfəndiev öz təbriklərini tədbir iştirakçılarına çatdırmışdır. Rəsmi hissədən sonra tədbir masa arxasında qonaqlar arasındakı fikir mübadiləsi ilə davam etdirilmişdir.

Xəbər lenti

Xəbər lenti