...

Azərbaycan Prezidenti Çinin kommersiya nazirinin müavinini qəbul edib (FOTO)

Siyasət Materials 18 İyul 2011 16:42 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul edib
Azərbaycan Prezidenti Çinin kommersiya nazirinin müavinini qəbul edib (FOTO)

Azərbaycan Prezidenti İlham Əliyev iyulun 18-də Çin Xalq Respublikasının kommersiya nazirinin müavini, Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının həmsədri Conq Şanı qəbul edib, məlumatı Prezidentin rəsmi saytı yayıb.

Dövlətimizin başçısı Çin ilə Azərbaycan arasında əlaqələrin bütün sahələrdə inkişafından məmnunluğunu bildirdi. İki ölkə arasında siyasi əlaqələrin uğurla inkişaf etdiyini vurğulayan Prezident İlham Əliyev beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın da razılıq doğurduğunu söylədi. İqtisadi əlaqələrə toxunan dövlətimizin başçısı energetika, kənd təsərrüfatı, turizm və infrastruktur layihələrinin reallaşdırılması sahələrində əməkdaşlığı inkişaf etdirmək üçün yaxşı potensialın olduğunu vurğuladı. Dövlətimizin başçısı Azərbaycan-Çin hökumətlərarası ticarət-iqtisadi əməkdaşlıq komissiyasının iclaslarının mütəmadi keçirilməsinin əlaqələrin genişləndirilməsi ilə bağlı məsələlərin müzakirəsi baxımından əhəmiyyətini qeyd etdi.

Conq Şan Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarını dövlətimizin başçısına çatdırdı. Qonaq ölkəmizdəki yüksək iqtisadi inkişaf proseslərinin onda böyük təəssürat yaratdığını söylədi. Azərbaycanın Cənubi Qaqfqazda Çin üçün çox mühüm tərəfdaş olduğunu vurğulayan Conq Şan ölkəsinin Azərbaycanın müxtəlif sahələrinə, o cümlədən qeyri-neft sektoruna investisiya qoyuluşunda maraqlı olduğunu dedi.

Prezident İlham Əliyev Çin Xalq Respublikasının sədri Hu Szintaonun salamlarına görə minnətdarlığını bildirdi, özünün də salamlarını Çinin dövlət başçısına çatdırmağı xahiş etdi.

Xəbər lenti

Xəbər lenti