...

Prezident İlham Əliyev Mirzə İbrahimov və Kamil Əliyevin yubileylərinin keçirilməsi haqqında sərəncam imzalayıb

Siyasət Materials 19 İyul 2011 19:13 (UTC +04:00)
Azərbaycan Prezidenti İlham Əliyev Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.
Prezident İlham Əliyev Mirzə İbrahimov və Kamil Əliyevin yubileylərinin keçirilməsi haqqında sərəncam imzalayıb

Azərbaycan Prezidenti İlham Əliyev Mirzə İbrahimovun 100 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb. Məlumatı Prezidentin rəsmi saytı yayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Yazıçılar Birliyinin təkliflərini nəzərə almaqla, Azərbaycan Milli Elmlər Akademiyası və Azərbaycan Respublikasının Təhsil Nazirliyi ilə birlikdə xalq yazıçısı Mirzə İbrahimovun 100 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

Nazirlər Kabinetinə bu sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb.

2011-ci ilin oktyabr ayında Azərbaycanın xalq yazıçısı, dramaturq, ədəbiyyatşünas və publisist, Sosialist Əməyi Qəhrəmanı, SSRİ və Azərbaycan Respublikasının Dövlət mükafatları laureatı, akademik Mirzə Əjdər oğlu İbrahimovun 100 illiyi tamam olur. XX əsr ədəbiyyatımızın tanınmış simalarından biri kimi onun meydana gətirdiyi əsərlərdə dövrün və zamanın dolğun mənzərəsi yaradılıb.

Prezident İlham Əliyev həmçinin Kamil Əliyevin 90 illik yubileyi haqqında sərəncam imzalayıb.

Sərəncamda qeyd olunur ki, Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqının təkliflərini nəzərə almaqla, Kamil Əliyevin 90 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin; Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.

2011-ci ilin oktyabr ayında müasir Azərbaycan xalça rəssamlığı sənətinin görkəmli nümayəndəsi, Azərbaycan Respublikasının xalq rəssamı Kamil Müseyib oğlu Əliyevin 90 illiyi tamam olur. Azərbaycan xalçaçılığı və dekorativ-tətbiqi sənətinin qədim ənənələrinin qorunub saxlanılmasında və inkişaf etdirilməsində Kamil Əliyevin mühüm xidmətləri var. Onun əsərləri öz orijinallığı və monumentallığı ilə səciyyələnərək mədəniyyətimizin parlaq səhifəsini təşkil edir.

Xəbər lenti

Xəbər lenti