...

Xəzəryanı dövlətlərin sammiti Rusiyada keçiriləcək - RF Prezidentinin xüsusi nümayəndəsi

Siyasət Materials 20 İyul 2011 16:31 (UTC +04:00)
Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan) sammiti Rusiyada keçiriləcək.
Xəzəryanı dövlətlərin sammiti Rusiyada keçiriləcək - RF Prezidentinin xüsusi nümayəndəsi

Azərbaycan, Bakı, 20 iyul /Trend/

Xəzəryanı dövlətlərin (Azərbaycan, Rusiya, İran, Türkmənistan, Qazaxıstan) sammiti Rusiyada keçiriləcək. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü Moskvada Rusiya Prezidentinin Xəzər üzrə xüsusi nümayəndəsi Aleksandr Qolovin Xəzərin hüquqi statusu haqqında Konvensiyanın hazırlanmasına dair xüsusi işçi qrupunun 29-cu iclasının yekunları ilə bağlı bildirib. Məlumatı İTAR-TASS yayıb.

"Sammitin keçirilmə müddəti və onun keçiriləcəyi Rusiya şəhəri ilə bağlı məsələ müəyyənləşdirilməyib. Yeri müəyyənləşdirmək RF Prezidentinin müstəsna hüququdur", - o dəqiqləşdirib.

Qolovin onu da bildirib ki, xüsusi işçi qrupunun növbəti iclası Astanada keçiriləcək. "Xəzər dənizinin hüquqi statusu və ölkələrimizin prezidentlərinin razılaşmalarının həyata keçirilməsi ilə bağlı danışıqlar bu iclasda davam etdiriləcək", - Qolovin bildirib.

Xəzəryanı dövlətlər 2003-cü ilin noyabrında Xəzərdə dəniz mühitinin qorunması üzrə Çərçivə Konvensiyasını imzalayıblar.

1998-ci ilin iyulunda Qazaxıstanla Rusiya arasında yeraltı sərvətlər üzrə suveren hüquqların həyata keçirilməsi məqsədi ilə Xəzərin şimal hissəsində dəniz dibinin bölünməsi haqqında saziş imzalanıb, 2002-ci ilin mayında isə həmin sazişə müvafiq protokol imzalanıb.

2001-ci il noyabrın 29-da və 2003-cü il fevralın 27-də Qazaxıstanla Azərbaycan arasında Xəzər dənizinin dibinin bölünməsi haqqında saziş və ona müvafiq protokol imzalanıb.

Həmçinin, 2003-cü il mayın 14-də Qazaxıstan, Azərbaycan və Rusiya arasında Xəzər dənizinin həmsərhəd hissələrinin bölünməsi xəttinin qovuşma nöqtəsinə dair saziş imzalanıb.

Xəbər lenti

Xəbər lenti