...

Türkiyənin Baş naziri Azərbaycana səfər edəcək

Siyasət Materials 25 İyul 2011 01:56 (UTC +04:00)
Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 61-ci Hökumətin qurulmasının ardınca ikinci xarici səfərini Azərbaycana edəcək
Türkiyənin Baş naziri Azərbaycana səfər edəcək

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan 61-ci Hökumətin qurulmasının ardınca ikinci xarici səfərini Azərbaycana edəcək, Trend-in məlumatına görə, bunu bazar günü nazirliyin Mətbuat Mərkəzinin rəsmi saytı yayıb.

İyulun 27-nə təyin edilmiş səfər çərçivəsində Ərdoğanın Azərbaycanın Prezidenti İlham Əliyev ilə ikitərəfli və heyətlər arası görüşlərin olması nəzərdə tutulur.

Türkiyə ilə Azərbaycan arasında münasibətlərin gündəmində olan mövzularla yanaşı, iki ölkənin ortaq maraq sahəsinə girən regional və beynəlxalq inkişafın dəyərləndirilməsinin müzakirə olunması gözlənilir.

Xəbər lenti

Xəbər lenti