...

Səfər Əbiyev: Azərbaycanla Rusiya arasında hərbi sahədə əlaqələr sürətlə inkişaf edir

Siyasət Materials 25 İyul 2011 13:27 (UTC +04:00)
Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bunu bazar günü Bakıda Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovla görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib.
Səfər Əbiyev: Azərbaycanla Rusiya arasında hərbi sahədə əlaqələr sürətlə inkişaf edir

Azərbaycan, Bakı, 25 iyul /Trend/

Azərbaycanla Rusiya arasında bütün sahələrdə olduğu kimi, hərbi sahədə də əlaqələr sürətlə inkişaf edir. Trend-in məlumatına görə, bunu bazar günü Bakıda Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovla görüşdə Azərbaycanın müdafiə naziri, general-polkovnik Səfər Əbiyev deyib.

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində Rusiya tərəfinin, xüsusilə prezident Dimitri Medvedevin səylərinin təqdirə layiq olduğunu bildirən Əbiyev qeyd edib ki, qısa zaman ərzində prezidentlər arasında təşkil edilən çoxsaylı görüşlər problemin sülh yolu ilə həllinə ümidləri artırır. Eyni zamanda, nazir bildirib ki, bununla paralel olaraq Azərbaycan öz ordusunu gücləndirməyi davam etdirir.

İyulun 25-də ölkəmizdə işgüzar səfərdə olan Rusiya Federasiyasının müdafiə naziri Anatoli Serdyukovun Azərbaycan Respublikasının müdafiə naziri, general-polkovnik Səfər Əbiyevlə görüşü olub.

Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət etdikdən sonra rusiyalı qonağın Müdafiə Nazirliyində təntənəli qarşılanma mərasimi keçirilib, hər iki ölkənin dövlət himnləri səsləndirilib.

Geniştərkibli görüşdə Rusiya ilə Azərbaycan arasında hərbi-texniki əməkdaşlığın inkişaf perspektivləri, regionda mövcud hərbi-siyasi vəziyyət, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi və Qəbələ RLS ilə bağlı fikir mübadiləsi aparılıb.

Sonra nazirlər arasında təkbətək görüş keçirilib.

Xəbər lenti

Xəbər lenti