...

AMİP gənclərin radikal aksiyalarda iştiraka cəlb edilməsinə qarşıdır

Siyasət Materials 26 İyul 2011 15:53 (UTC +04:00)
Müxalifət partiyalarının radikal addımları üçün gənclərdən istifadə olunmamalıdır.
AMİP gənclərin radikal aksiyalarda iştiraka cəlb edilməsinə qarşıdır

Azərbaycan, Bakı, 26 iyul /Trend, müxbir T.Hacıyev/

Müxalifət partiyalarının radikal addımları üçün gənclərdən istifadə olunmamalıdır. Bu barədə çərşənbə axşamı Trend-ə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) mətbuat və təbliğat katibi Əli Orucov bildirib.

Onun sözlərinə görə, bəzi partiyalar gəncləri hakimiyyətlə mübarizədə önə çəkirlər.

"Bir sıra partiyalar gənclərdən əsasən radikal addımlarda, küçə etirazlarında istifadə edirlər. Biz hesab edirik ki, gənclər təkcə kütləvi aksiyalarda iştirak etmək vəzifəsini yerinə yetirməməlidir. AMİP onların fiziki gücündən yox, intellektual potensialından istifadə etmək niyyətindədir", - Orucov əlavə edib.

O qeyd edib ki, hazırda AMİP-in gənclərlə iş üzrə strukturu genişləndirilir. Ocurov bildirib ki, istənilən partiyanın qabaqcıl gücü gənclərdir və bu səbəbdən bu strukturu gücləndirmək istiqamətində iş gedir.

"Yeni üzvləri cəlb etmək üzərində iş gedir. İstəyirik ki, payıza qədər bu işi yekunlaşdıraq", - Orucov vurğulayıb.

AMİP funksioneri deyib ki, partiyanın müxtəlif strukturlarında, o cümlədən rəhbərliyində fəaliyyət göstərmək üçün gənclərə şərait yaradılacaq.

Xəbər lenti

Xəbər lenti