Azərbaycan, Bakı, 29 iyul /Trend/
Azərbaycan Prezidenti İlham Əliyev Ukrayna Prezidenti Viktor Yanukoviçə başsağlığı verib.
"Luqansk vilayətindəki "Suxodolskaya-Vostoçnaya" şaxtasında partlayış nəticəsində insan tələfatı haqqında xəbər məni dərindən kədərləndirdi. Sizə, həlak olanların doğmalarına və yaxınlarına səmimi qəlbdən başsağlığı verirəm. Zərərçəkənlərin tezliklə sağalmasını arzu edirəm", - Prezidentin məktubunda deyilir.