...

Kanada qəzetində Azərbaycana dair məqalə çap olunub

Siyasət Materials 30 İyul 2011 00:25 (UTC +04:00)
2011-ci ilin 29 iyul tarixində Kanadanın Nyu Bransvik əyalətinin yerli qəzeti olan "The Daily Gleaner" qəzetində "Azərbaycan səfiri Nyu Bransvik ilə əməkdaşlıq edir" (Azerbaijani ambassador eyes N.B. partnership) başlıqlı məqalə dərc olunub. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.
Kanada qəzetində Azərbaycana dair məqalə çap olunub

Azərbaycan, Bakı, 29 İyul/Trend/

2011-ci ilin 29 iyul tarixində Kanadanın Nyu Bransvik əyalətinin yerli qəzeti olan "The Daily Gleaner" qəzetində "Azərbaycan səfiri Nyu Bransvik ilə əməkdaşlıq edir" (Azerbaijani ambassador eyes N.B. partnership) başlıqlı məqalə dərc olunub. Bu barədə Trend-ə Azərbaycanın Kanadadakı səfirliyindən məlumat verilib.

Qeyd etmək istərdik ki, Azərbaycan Respublikasının Kanadadakı səfiri Fərid Şəfiyev 2011-ci ilin 25-27 iyul tarixlərində Nyu Bransvik əyalətində səfərdə olub.

Məqalədə səfir F.Şəfiyev dövlət xadimlərinin və iş adamlarının qarşılıqlı səfərlərinin həyata keçirilməsinin münasibətlərin inkişafına töhfə verəcəyini bildirib. Nyu Bransvik əyalətinin Azərbaycanın xüsusilə enerji sahəsində əsas tərəfdaşı olması, 2010-cu ildə qeyd olunan əyalətin ölkəmizdən 300 milyon ABŞ dolları (2009-cu ildə 500 milyon, 2008-ci ildə 1 milyard ABŞ dolları) həcmində neft məhsulu alması məqalədə qeyd olunub.

Həmçinin, enerjinin ölkəmizin iqtisadiyyatının əsas hissəsi olduğunu bildirən səfir Azərbaycan Hökumətinin kənd təsərrüfatının da inkişafına önəm verdiyini məqalədə diqqətə çatdırıb.
İnvestisiya sahəsində hər iki ölkə arasında böyük potensialın olduğunu qeyd edən səfir ölkəmizin son 3-4 ildə Türkiyə, Gürcüstan və Moldovada müxtəlif layihələr həyata keçirdiyini qeyd edib.

Xəbər lenti

Xəbər lenti