...

Azərbaycan və ABŞ hərbiçiləri birgə tədbirlərdə iştirak edəcəklər

Siyasət Materials 1 Avqust 2011 10:26 (UTC +04:00)
Azərbaycan və ABŞ hərbiçilərinin avqust ayında bir sıra birgə tədbirləri nəzərdə tutulub.
Azərbaycan və ABŞ hərbiçiləri birgə tədbirlərdə iştirak edəcəklər

Azərbaycan, Bakı, 1 avqust /Trend/

Azərbaycan və ABŞ hərbiçilərinin avqust ayında bir sıra birgə tədbirləri nəzərdə tutulub.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bazar ertəsi Trend-ə bildirilib ki, Azərbaycan-ABŞ iş planına əsasən, avqustun 10-dan 14-dək San-Antonioda Quru Qoşunları Komanda Qərargah Akademiyasında kurslar təşkil ediləcək.

Eyni zamanda, Azərbaycan hərbiçiləri San-Antonioda avqustun 10-dan 20-dək piyada zabitin təməl kursunda iştirak edəcəklər.

Azərbaycan-ABŞ iş planına əsasən, həmçinin avqustun 10-dan 26-dək San-Antonioda piyada kapitanları kursu təşkil ediləcək.

Xəbər lenti

Xəbər lenti