...

Ərdoğanın Bakıya səfəri Azərbaycanın əhəmiyyətliliyinin göstəricisidir - səfir Hulusi Kılıc

Siyasət Materials 2 Avqust 2011 15:50 (UTC +04:00)
Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında Türkiyənin Azərbaycana çox önəm verdiyini bildirib.
Ərdoğanın Bakıya səfəri Azərbaycanın əhəmiyyətliliyinin göstəricisidir - səfir Hulusi Kılıc

Azərbaycan, Bakı, 2 avqust /Trend, müxbir A.Tağıyeva/

Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hulusi Kılıc Rəcəb Tayyib Ərdoğanın Azərbaycan səfərinin nəticələrinə həsr olunmuş mətbuat konfransında Türkiyənin Azərbaycana çox önəm verdiyini bildirib.

"Baş nazir Ərdoğanın Bakıya səfəri Azərbaycanın əhəmiyyətliliyinin göstəricisidir", - Kılıc əlavə edib.

Səfirin sözlərinə görə, Baş nazirin Bakı səfəri çox uğurlu keçib, tərəflər arasında bir çox mövzular müzakirə olunub və həllini tapıb.

Ərdoğan Türkiyədə parlament seçkisindən sonra iyulun 27-də ikinci rəsmi səfərini Azərbaycana edib.

Vizanın Azərbaycan tərəfdən ləğvi məsələsinə toxunan səfir onu da qeyd edib ki, Azərbaycan viza rejimini ləğv etməyə hazır deyil və Türkiyə Azərbaycanın bu mövqeyinə hörmətlə yanaşır.

"Ümid edirik ki, tez bir zamanda Türkiyə vətəndaşları üçün bir və ya üç ay müddətində viza rejimi ləğv olunacaq", - səfir bildirib.

Xəbər lenti

Xəbər lenti